“İlk Avropa Oyunları ərəfəsində aparılan qərəzli kampaniya heç bir nəticə verməyəcək”
Tarix: 07.05.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“Birinci Avropa Oyunları ərəfəsində bəzi qüvvələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası ölkəmizin gündən-günə nüfuzunun artması ilə bağlıdır. Bu qərəzli mövqelər və aparılan çirkin kampaniya heç bir nəticə verməyəcək”. Bu fikirləri jurnalistlərə müsahibəsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Əli Həsənov bildirib ki, Azərbaycanın regionda lider dövlətə çevrilməsi, artan siyasi nüfuzu və iqtisadi yüksəlişi dünyanın diqqət mərkəzindədir. Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ona göstərilən etimaddan xəbər verir. Baş nazirin müavini vurğulayıb ki, hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə, Prezident İlham Əliyevin Azərbaycanda son 10-12 ildə gördüyü işləri həyata keçirə bilməyiblər və bilməyəcəklər. Görülən işlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xidmətlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycana qarşı qısqanclıq, qərəzli mövqe də elə buradan yaranır. Bütün bunlara baxmayaraq Avropa Oyunları yüksək səviyyədə təşkil ediləcək. Dövlət başçısı İlham Əliyev və ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bunun üçün lazım olan bütün işləri görürlər.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info