“Beynəlxalq insan haqları təşkilatlarının Qarabağla bağlı bəyanatını gözləyirik”
Tarix: 07.05.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


“Avropa Oyunlarının başlamasına sayılı günlər qaldığı bir zamanda, “insan haqları” məsələsi ətrafına 5-10 nəfər yığan beynəlxalq hüquq təşkilatlarının diqqət mərkəzinə çevrilib. Artıq Azərbaycandan qanunvericiliyə qarşı addım atan şəxslərin “dərhal” buraxılması tələb edilir.
Bu kimi xəbərləri yayan şəxslər “dərhal” sözünün arxasında hansı amillərin olduğunu görürmü?! Təbii ki, görmür, çünki bunlar Avropanın ABŞ-a satılmış müavinətli adamlarıdır”. Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. M.Seyidov bildirib ki, Amerika hökumətinin son günlərdə Azərbaycandakı ictimai-siyasi sabitliyi pozması cəhdləri Avropa insan haqları institutlarının fəaliyyətinə ciddi şəkildə stimul verib: “Avropa Oyunları dövründə bu kimi addımların atılması, ikili standartların üzə çıxması Avropa institutlarının daxili maraqlarını birmənalı şəkildə ortaya qoydu.
Məhz bu səbəbdən son günlər bəyanatlar dayanmır. Bu bəyanatları səsləndirən dairələr, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. Bunu birmənalı şəkildə dərk etməliyik ki, bu dairələr həqiqətən də insan haqları haqqında düşünsəydi, Ermənistanın Azərbaycan insanına qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində hüquqları tapdalanan milyona yaxın insanımızın da taleyindən narahat olardı. İnsan haqları himayədarlarına çevrilən NED, “Human Right Watch”, “Amnesty International” kimi qurumlar bir dəfə də olsun, bu məsələ ilə bağlı münasibət bildirməyib. Xatırlatmaq istərdim ki, sonuncu dəfə 1997-ci ildə “Human Right Watch” təşkilatı Ermənistan tərəfinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət edib. Son 18 ildə insan haqlarının hesabını sormaq imkanı və uyğun zamanı olmayıb yəqin ki... Beynəlxalq insan haqları təşkilatlarından Qarabağla bağlı bəyanat gözləyirik”.
Bəyanatları səsləndirən bu kimi və bunların sırasında olan bir çox təşkilatların indiki zamanda ən böyük hədəflərindən biri də Azərbaycanın hər gün beynəlxalq aləmdə güclənən imicini sarsıtmaqdır. Eyni zamanda Avropa ölkələrinin Bakıda Avropa Oyunlarında iştirakı birbaşa həqiqətləri gözləri ilə görmək imkanı yaradacaq. Bu da bir çox beynəlxalq təşkilatların maraq dairələrindən kənardadır. Gündən-günə inkişaf edən Azərbaycan bir çox böyük dünya ölkələrində qısqanclıq yaradır.
36 gün sonra dünya tarixində daha bir ilkin həyəcanı Bakıda yaşanacaq. Bizlər bu kimi böyük məsuliyyətin öhdəsindən ilklərə imza atan ölkə kimi uğurla gələcəyik”.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info