Yaddaş körpüsü
Tarix: 08.05.2015 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Hər ilin 9 may tarixi bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Tarixdə ən qəddar müharibə olan bu müharibə çox böyük itkilər bahasına başa gəldi. Təqribən 50 milyon adam həlak olmuşdu. Milyonlarla insan yaralanmış, şikəst olmuş, itkin düşmüş, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, qəsəbə dağıdıldı.
1941-1945-ci illər müharibəsində Azərbaycan xalqı başqa xalqların nümayəndələri ilə çiyin-çiyinə döyüşüb və o vaxt ümumi olan ölkəmizin ərazisinin hər bir qarışını müdafiə edib, həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. O ağır illərdə 700 mindən çox Azərbaycan oğlan və qızları cəbhəyə yollanıblar. Onların yarısı müharibədən qayıtmayıb. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olundu. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçdilər. 121 nəfər həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfər Şərəf Ordeni ilə təltif olundular.
Respublika iqtisadiyyatının cəbhə yoluna sərf olunması məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Böyük çətinliklərə baxmayaraq neftçilərimiz döyüşən ordunu yanacaqla təmin edirdilər. Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yarandı. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanılmasında Bakı nefti əsas amillərdən biri oldu. Azərbaycanın digər sərvətləri də cəbhə üçün sərf olunurdu. Qadınlar döyüşçülər üçün yundan corab, əlcək, köynək toxuyur, bəzək əşyalarını müdafiə fonduna verirdilər. Kolxozçular ordunu ərzaqla təchiz edirdilər. Taxıl, süd, ət, yağ son damlasınadək cəbhənin ehtiyaclarına yönəlmişdi.
İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “1941-45-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələrindəndir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq. Bu dövrün insanlarını - həm həmin dövrdə döyüşən, həlak olanları, cəbhədə yaralananları, həm də rəşadət göstərib bu gün yaşayanları həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik”.
Hər il Azərbaycanda Qələbə Günü təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev veteranlarla görüşür, onları təbrik edir. Bu ilin 23 fevral tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə “1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilib. Dövlət başçısı həm də veteranların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubiley medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.
Hal-hazırda Qələbənin 70 illik yubileyi respublikamızda geniş şəkildə qeyd olunur, bütün təşkilatlarda konfranslar, sərgilər və dəyirmi masalar keçirilir. Bir neçə Azərbaycan muzeylərində də 1941-1945-ci illər müharibəsinə həsr olunmuş çox maraqlı tədbirlər və sərgilər təşkil olunub.
Azərbaycan İstiqlal Muzeyinin əsas vəzifələrindən biri də gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır. Buna görə də muzey ekspozisiyasının və burada təşkil olunan sərgilərin əsas mövzusu qəhrəmanlıq və vətənpərvərlikdir. Muzeydə II Dünya müharibəsi illərində Azərbaycan xalqının fədakarlığını əks etdirən daimi ekspozisiya fəaliyyət göstərir. Əməkdaşlarımızın gərgin əməyi sayəsində bu mövzuya həsr olunan 700-dən artıq eksponat toplanmışdır, ekspozisiyada 100-ə yaxın eksponat nümayiş olunur. Bunlar II Dünya müharibəsini əks etdirən orden və medallar, qəhrəmanların şəxsi əşyaları, fotoşəkillər, rəsm əsərləri, kitablardır. Muzeydə dəfələrlə qələbənin yubileyinə, o cümlədən müharibə qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş tədbirlər, sərgilər keçirilmişdir. Bu il Azərbaycan İstiqlal Muzeyi Moskvada Böyük Vətən Müharibəsi Muzeyi tərəfindən təşkil olunan böyük beynəlxalq layihədə “Nasizmlə mübarizədə biz bir olmuşuq” adlı sərgidə iştirak edir. Bu sərginin əsas məqsədi faşizm üzərində qələbədə bütün keçmiş Sovet İttifaqı respublikalarının əmanətlərini təqdim etməkdir. 28 aprel 2015-ci il tarixdə açılmış sərgidə Azərbaycan İstiqlal Muzeyinin 47 eksponatı nümayiş olunur.
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 1941-45-ci illər mövzusuna həsr olunan “Yaddaş körpüsü” adlı sərgi açılıb. Sərgidə muzeydə saxlanılan plakat kolleksiyası və müharibə dövrünü əks etdirən əşyalar tamaşaçılara təqdim olunur.
Müharibələr həmişə dağıntılar, kədər və göz yaşları gətirir və insanlar üçün müharibə bir dərs olmalıdır. Müharibədə qəhrəmancasına həlak olanlar gələcək nəsillər üçün nümunə olmalı və muzeydə keçirilən bizim sərgimiz isə tarixi məkanda bir yaddaş körpüsü olacaq.
FəridəŞəmsi
Azərbaycan İstiqlal
Muzeyinin direktoru




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info