Messi Noyerə qollarla cavab verdi
Tarix: 08.05.2015 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


“Barselona"nın futbolçusu Lionel Messi "Bavariya"nın qapıçısı Manuel Noyerin cavabını meydanda öz oyunu ilə verib.
Alman qolkiper Çempionlar Liqasının yarımfinalında Kataloniya klubu ilə oyun öncəsi kimin güclü olduğunu sübut edəcəklərini söyləmişdi: "Messinin uğurlarına hörmət edirəm. Ancaq biz meydanda kimin daha güclü olduğunu göstərəcəyik. Almaniya millisi ilə Dünya Çempionatının finalında Argentinaya qarşı matçda onlardan üstün olduğumuzu sübut etmişdik". Argentinalı hücumçu Noyerə oyundan öncə cavab verməmişdi. Amma o, sözünü meydanda deyib. Messi Münhen klubuna qarşı matçda Noyerin qoruduğu qapıdan iki qol keçirərək alman qolkiperi məyus edib. Oyundan sonra isə Messi bunları deyib: “Yaxşı haldır ki, əvvəl hesab açdıq, sonra isə daha iki qol vurub istədiyimiz qələbəni qazandıq. Amma indi arxayınlaşmaq olmaz. Çünki Almaniyada oynamaq çətindir. İkinci qol gözəl alındı. Bildim ki, Boatenq üstümə gəlir, onu aldada bildim”. Argentinalı hücumçu bu qələbə ilə Almaniya millisinin qapıçısı Manuel Noyerdən revanş alması haqda fikirlərə də münasibət bildirib: “Dünya Çempionatı və Çempionlar Liqası fərqli yarışlardır”. Onu da qeyd edək ki, Çempionlar Liqasının ən məhsuldar futbolçularının siyahısında lider yenidən dəyişib. "Bavariya" ilə oyunda dubl edən "Barselona"nın futbolçusu Lionel Messi siyahıda hər kəsi qabaqlayıb. Bu oyuna qədər aktivində 75 qol olan argentinalı futbolçu "Bavariya" ilə görüşdən sonra qollarının sayını 77-yə yüksəldib. Bununla da, Messi "Real"ın forvardı Kriştiano Ronaldonu geridə qoyaraq ilk pilləyə yüksəlib. Portuqaliyalı futbolçu Çempionlar Liqasında vurduğu 76 qolla ikinci pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info