“Düzgün siyasət Azərbaycanı Avrasiyanın mənəvi mərkəzinə çevirib”
Tarix: 08.05.2015 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Əli Həsənov: “Xəzər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mühitinin gələcək taleyində Azərbaycanın mövqeyi kifayət qədər yüksəkdir”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan müasir dünyada” mövzusunda konfrans keçirib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov konfransı açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb

“Azərbaycan dünyanın
və regionun təhlükəsizlik maraqlarında
ciddi amilə çevrilib”


Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan Respublikasının müasir dünyadakı mövqeləri və Cənubi Qafqazdakı geosiyasi vəziyyəti” mövzusunda çıxış edib. Əli Həsənov bildirib ki, Azərbaycanın planet və regional geosiyasi təsirinə həlledici təsir göstərən əsas amillərdən biri də ölkənin mövcud hərbi-geostrateji potensialı, regional və beynəlxalq təhlükəsizlik blokları ilə münasibətləri və təhlükəsizlik siyasəti hesab olunur: “Malik olduğu hərbi-geostrateji potensialına, bu sahədə göstəricilərinə və milli resurslarına görə Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur”. Ə. Həsənov bildirib ki, Azərbaycan əhalisinin sayına müvafiq olaraq həm onun milli ordusunun say tərkibi və hərbi-texniki hazırlığı, həm də silahlanma keyfiyyəti Gürcüstan və Ermənistandan qat-qat yüksəkdir: “Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə xərclərinə görə də Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur. Odur ki, Azərbaycan keçən müddətdə təkcə Avropa Birliyinin enerji təhlükəsizliyinin, yaxud Qonşuluq Siyasətinin əsas fiqurlarından biri kimi deyil, həm də dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda, digər münaqişə bölgələrində Qərbin həyata keçirdiyi sülhyaratma proseslərindəki birbaşa iştirakına, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması fəaliyyətinə görə də xüsusi fərqlənib. Azərbaycan regionda yürütdüyü balanslı təhlükəsizlik siyasəti ilə həm avroatlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib. Keçən dövrdə Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə toqquşan iki hərbi blokun - NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövcudluğunu nəzərə alaraq davamlı tarazlı siyasət aparmağa üstünlük verib. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın bu siyasəti Cənubi Qafqazın mövcud reallığına tam adekvatdır”. Ə.Həsənov qeyd edib ki, Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən və geosiyasi dəyərini aşağı salan bəzi amillər də mövcuddur: “Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən artıq müddətdə həll edilməməsini aid edirlər. Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problem Dağlıq Qarabağ münaqişəsi olub. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət ciddi mənfi təsir göstərib. Bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun sona qədər həll edilməməsindən, Transxəzər layihəsinə region dövlətlərinin fərqli yanaşmasından qaynaqlanan bəzi digər bölgə problemləri də həm Azərbaycanın, həm də digər qonşu ölkələrin xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərib. Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Cənubi Qafqaz, Xəzər, Qara dəniz hövzəsindəki regional qarşıdurmalara və bəzi problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına Azərbaycanı nə qədər əlverişsiz ölkə kimi təqdim etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları, Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər cəlbedici və arzu edilən tərəfdaşa çevirib. Beləliklə, müstəqilliyinin 20 ili ərzində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü uğurla başa vurub və bir dövlət olaraq tam formalaşıb, güclü regional amilə çevrilib və qlobal siyasətdə öz sözü, rəyi, prinsipial mövqeyi ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə başlayıb”.
tolerantlıq mühiti
“Bölgədə sülh və
məhz Azərbaycanda hökm sürür”


Ə.Həsənov onu da bildirib ki, Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq və narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi ən nadir tolerantlıq məkanı- multikulturalizm mərkəzi kimi bütün dünyada tanınır: “Azərbaycan Cənubi Qafqazda xristianlıqla islamın sərhədlərinin və sivilizasiyalarının qovuşduğu, müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin bir arada fəaliyyət göstərdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan, öz multikulturalist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilən dövlət hesab olunur”.
Ə. Həsənov bildirib ki, tədqiqatçılar Azərbaycanın üstün geosiyasi resursları sırasına azərbaycanlıların ölkədaxili və beynəlxalq aləmdə nümayiş etdirdiyi vətəndaş birliyini, hakimiyyətin siyasətinə xalqın etimadı və dəstəyini, milli maraqların və ölkədaxili sabitliyin qorunması üçün əhalinin, xüsusən ziyalıların nümayiş etdirdiyi güclü milli iradəni, vətəndaş əzmini və dövlətçilik təfəkkürünü də aid edirlər: “Bu gün bölgədə ən sabit cəmiyyət, milli, etnik və dini icmalar arasında sülh və tolerantlıq mühiti məhz Azərbaycanda hökm sürür. Bütün bunlar da öz növbəsində Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi liderliyindən xəbər verir”. Ə. Həsənov qeyd edib ki, dövlətlərin siyasi, iqtisadi fəaliyyətinin ölçü meyarı, göstəriciləri və uğuru həm də onun beynəlxalq nüfuzundan, geosiyasi imicindən, qazanılmış reputasiyasından, onu təmsil edən rəhbərlərin təsdiq olunmuş nüfuzundan, daxildə və beynəlxalq aləmdə nümayiş etdirdiyi fəaliyyətdən, xalqının mədəni və intellektual səviyyəsindən asılıdır: “Bu baxımdan Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı, maddi və mənəvi resursları və digər amillər onu regional mərkəz statusuna yüksəldir və beləliklə, geosiyasi dəyərini daha da artırır. Azərbaycan bölgədə iqtisadi, sosial, humanitar və digər sahələrdə reallaşdırılan bütün layihələrin əsas təşəbbüskarı və mərkəzi fiqurudur. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq və narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı milli və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı ən nadir tolerantlıq məkanı-multikulturalizm mərkəzi kimi bütün dünyada tanınır və qəbul olunur”.

“Xəzər regionunun geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan asılıdır”

Ə.Həsənov onu da qeyd edib ki, mütəxəssislərin fikrinə görə, Xəzər regionunun hazırkı regional hərbi-siyasi balansı Rusiyadan, geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan, nəqliyyat-kommunikasiya dəhlizi Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyadan asılıdır. Ə. Həsənov bildirib ki, Xəzər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mühitinin gələcək taleyində Azərbaycanın mövqeyi kifayət qədər yüksəkdir: "Azərbaycanın geostrateji xarakteristikasının əsas göstəricilərindən biri onun zəngin insan resurslarına malik olması, ölkədaxili sabit ictimai-siyasi, milli-etnik və dini vəziyyətin hökm sürməsidir və bu, dövlətin bu sahələr üzərində nəzarət imkanları ilə bağlıdır. Ölkənin ümumi demoqrafik göstəriciləri müsbət istiqamətdə inkişaf edir, əhalinin ümumi sayı hazırda 9 milyondan artıqdır. Artım balansı da getdikcə müsbətə doğru dəyişir. Respublika üzrə hər kvadratkilometrə təxminən 96 sakin düşür. Tədqiqatçılar ictimai-siyasi, sosial və mənəvi resursların milli maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cənubi Qafqaz ölkələri içərisində ən balanslı geosiyasəti və effektli siyasi idarəçilik sistemini də Azərbaycana aid edirlər”. Ə. Həsənov bildirib ki, qloballaşmanın vüsət aldığı yeni mühitdə Azərbaycan dünyanın universal və qlobal iqtisadi sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur: “Azərbaycan Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər transmilli iqtisadi maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Təsadüfi deyil ki, həmin qurumların dəstəyi və təqdimatı ilə postsovet ölkələri içərisində ən çox xarici kapital da məhz Azərbaycan və Qazaxıstan iqtisadiyyatına yatırılıb. Hazırda adambaşına düşən xarici investisiyaların miqdarına görə, Azərbaycan nəinki postsovet məkanının, həmçinin dünyanın lider ölkələrindən biri kimi tanınır. Hazırda Azərbaycan öz ictimai-siyasi, sosial-mənəvi vəziyyəti, yekdil milli, dini vətəndaş birliyi, cəmiyyətin vəziyyəti ilə Cənubi Qafqazın ən sabit və tolerant ölkəsi hesab olunur”.

“Azərbaycan öz təşəbbüsü və
addımları ilə yeni enerji dəhlizinin əsasını qoydu”


Ərazisinin ölçüsünə, maddi və mənəvi resurslarından yararlanmasına görə Azərbaycanın Cənubi Qafqazın ən potensiallı ölkəsi hesab olunduğunu deyən Ə.Həsənov bildirib ki, Xəzəryanı ölkələr arasında ən əhəmiyyətli geoiqtisadi və geostrateji mövqe Azərbaycana məxsusdur: "Yürüdülən düzgün iqtisadi siyasət Azərbaycanı Avrasiyanın mənəvi mərkəzinə çevirib. Ölkə beynəlxalq birliyin artan enerji ehtiyacına uyğun enerji siyasəti yürüdərək öz əhəmiyyətini artırıb. Hazırda Qazaxıstan, Türkmənistan və Azərbaycan artan enerji tələbatında ən alternativ mənbə hesab olunur. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı strateji seçim etdi, bu, Azərbaycanın geostrateji əhəmiyyətini, nüfuzunu artırdı. Hazırda Bakı-Supsa, Bakı-Novorosiysk, BTC kimi illik gücü 70 mln. ton, Bakı-Tbilisi-Ərzurum və digər qaz kəmərləri sayəsində ötürmə qabiliyyəti 30 milyard kubmetr olan şəbəkəyə malikdir. TAP və TANAP bu sahədə imkanları daha da artıracaq”. Ə. Həsənov bildirib ki, TAP və TANAP “Cənub” qaz dəhlizinə yeni nəfəs gətirib: "Azərbaycan öz təşəbbüsü və addımları ilə yeni enerji dəhlizinin əsasını qoydu, “Cənub” qaz dəhlizini xilas etdi". Ölkənin nəqliyyat dəhlizi kimi oynadığı roldan danışan Ə. Həsənov bildirib ki, nəqliyyat sistemi yenidən qurulub: "Azərbaycan milli vətəndaş birliyinə, güclü ordu və müdafiə potensialına malikdir və buna söykənərək müstəqil xarici siyasət yürüdür. Heydər Əliyevin nüfuzu və idarəetmə qabiliyyəti sayəsində ilk 10 ildə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq mümkün olub. Nəticədə həm dövlət uğurlu neft strategiyasını reallaşdırıb, həm də iqtisadi inkişafının əsasını yaradıb. Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan milli maraqlarına söykənən, beynəlxalq aləmdə sözünü deyə bilən dövlətə çevrilib. Bu gün Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarla əməkdaşlıq edərək qlobal siyasətdə çəkisi və rolunu artırır. Azərbaycanın maddi və insan resursları, bu sahədə yürütdüyü siyasət mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Hazırda Azərbaycanın 4,6 milyard ton təsdiqlənən, 10 milyard ton ehtimal olunan enerji ehtiyatları var”.
Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova “Azərbaycan beynəlxalq aləmdə sarsılmaz mövqe və nüfuz sahibidir”, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzularında məruzələrlə çıxış ediblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info