İnformasiya təhlükəsizliyi dövlətin təhlükəsizliyi deməkdir
Tarix: 08.05.2015 | Saat: 01:31:00 | E-mail | Çapa göndər



Elman Paşayev:
“Söz azadlığı ilə informasiya təhlükəsizliyinin təmin olunması paralel şəkildə aparılır”

Rufiz Qonaqov:
“Bəzi beynəlxalq təşkilatlar ölkəmizin nüfuzunu həzm edə bilmir”

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yolları” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, sosial şəbəkələrdə və mediada informasiya təhlükəsizliyinin təminatı və dövlət sirrinin qorunması olduqca vacib məsələlərdən biridir: “Nəzərə alaq ki, Avropa Oyunları ərəfəsində Qərbin ikili standartları işə düşüb. Bəzi beynəlxalq təşkilatlar ölkəmizin nüfuzunu həzm edə bilmir və Azərbaycana qarşı kampaniya aparır. Eyni zamanda Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir. Ona görə də informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün çox vacibdir. Burada sosial şəbəkələrlə bərabər, media vasitələrinin də üzərinə böyük məsuliyyət düşür”.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev deyib ki, informasiyanın yayılması və ötürülməsi ilə yanaşı, həm də qorunması, mühafizəsi, düzgün istiqamətdə tətbiq olunması sahəsində də mühüm tədbirlər görülməlidir. Onun sözlərinə görə, Azərbaycanda söz-fikir azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı ilə informasiya təhlükəsizliyinin təmin olunması paralel şəkildə aparılır: “Əlbəttə ki, inkişafımızın müəyyən dövrlərində paralel istiqamətdə inkişaf edən bu iki məsələnin bəzisi daha çox üstünlük əldə edib. Məsələn, 1990-cı illər və 2000-ci illərin əvvəllərində biz daha çox kütləvi informasiya vasitələrinin inkişafına, internetin yayılmasına, məlumat azadlığının inkişafına fikir verirdik, informasiya təhlükəsizliyi məsələsi isə bir qədər arxada qalırdı. Lakin son illər, xüsusilə də nəzərə alsaq ki, Azərbaycana qarşı informasiya müharibəsi genişlənib və bu baxımdan bu məsələ xüsusi aktuallıq kəsb etməyə başladı. Ona görə də dövlət siyasətində informasiya təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb etməyə başladı. Burada yaşadığımız regionu, müharibə vəziyyətində olmağımızı da nəzərə almalıyıq”.
E. Paşayev xatırladıb ki, son 5 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu məsələləri tənzimləmək üçün 5-dən çox fərman və sərəncam imzalanıb. O qeyd edib ki, informasiya təhlükəsizliyi məsələsində ictimaiyyətin, gənclərin, QHT-nin və xüsusilə də media qurumlarının üzərinə böyük məsuliyyət düşür: “Çünki milli təhlükəsizliyimiz üçün elə vacib məqamlar ola bilər ki, buna görə, ictimaiyyətdən, mediadan xüsusi ayıq-sayıqlıq tələb olunur”.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin eksperti Rəfail Becanov isə qeyd edib ki, informasiya təhlükəsizliyi həm də dövlətin təhlükəsizliyi deməkdir: “İnformasiya təhlükəsizliyinə əməl edilməməsi həm də radikal qrupların formalaşmasına təsir göstərir. Burada həm də vətəndaşların təhlükəsizliyi məsələsi var. Hesab edirik ki, dövlətin informasiya təhlükəsizliyi üzərində nəzarəti olmalıdır və bu məsələ ilə bağlı dövlət konsepsiyası qəbul edilməlidir”.
“Region” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev informasiya təhlükəsizliyinin təmin edilməsi üçün 5 əsas cərəyanın olduğunu vurğulayıb: “Birinci cərəyan kibercinayət, ikinci şəxsi məlumatların qorunması, üçüncüsü, təchizatlardan gələn təhlükə, dördüncüsü, şəxsi informasiya ilə iş informasiyasının qarışdırılması, beşincisi isə, insan faktorudur. Əksər hökumət dairələri, banklar və digər idarələr öz işçilərinə təhlükəsizliklə bağlı məlumat verir. Əslində biz hamımız bu təhlükəni bilirik, amma praktik olaraq bu təhlükədən özümüzü necə qorumağı bilmirik. Buna görə də hər bir insanda praktik olaraq təhlükəsizlik ənənəsi vərdişi yaradılmalıdır”. Daha sonra çıxış edən media qurumlarının rəhbərləri informasiya təhlükəsizliyi və dövlət sirrinin qorunması istiqamətində fəaliyyətin vacibliyini vurğulayıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info