“Ermənistanda bir il ərzində 64 min nəfər iş yerini itirib”
Tarix: 08.05.2015 | Saat: 01:51:00 | E-mail | Çapa göndər




Ötən il ərzində əmək qabiliyyətli əhalinin sayı 190 min 700 nəfər azalıb

“2014-cü ildə Ermənistanda əmək resursu nə az, nə də çox- 190 min 700 nəfər azalıb”. Bu fikirlər “Joxovurd” nəşrində çar edilən məqalədə yer alıb. Nəşr yazır ki, iqtisadi göstərici ötən ilə aid olsa da, bir neçə gün əvvəl açıqlanıb.
Yazıda qeyd edilir ki, 2014-cü ildə Ermənistanın 2 milyon 326 min 200 nəfər əmək resursu olub. Yəni, bu qədər sayda adam işləmək qabiliyyətindədir. Bu rəqəm 15-75 yaş arasında olan vətəndaşları əhatə edir. Amma ötən ilin sonunda məlum olub ki, Ermənistanda əmək qabiliyyətli əhalinin sayı 2 milyon 135 min 500 nəfərə enib. “Epress” yazır ki, rəsmi rəqəmlərə əsasən, 2014-cü ilin əvvəlində Ermənistanda məşğul əhalinin sayı 1 milyon 175 min 800 nəfər təşkil edib. Amma ilin sonunda məşğul əhalinin sayı 1 milyon 111 min 700 nəfərə düşüb. Fakitiki olaraq, rəsmi rəqəmlər bir il ərzində işləyən 64 min 100 nəfərin iş yerini itirdiyiin təsdiqləyir: “Ermənistan hakimiyyətinin kredit siyasətinin nəticəsi olaraq ötən il əksər şirkətlər iş yerlərinin sayını ixtisar edib. Şirkətlərdə iş yerlərinin ixtisar edilməsinə rəsmi İrəvan hakimiyyəti etinasız münasibət göstərir. Amma elə özləriinn açıqladığı rəsmi statistik rəqəmlərdə məşğul əhalinin sayının kütləvi şəkildə azalması faktı əksini tapıb”.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info