Azərbaycan ilə Tacikistan arasında mədəni-humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
Tarix: 08.05.2015 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin Milli Kitabxanasının direktoru Sayfiddin Nazarzoda ilə görüşüb.
Görüşdə ölkələrimizin milli kitabxanaları arasında əlaqələrin yaranması və inkişafı, bu sahədə təcrübə mübadiləsinin aparılması, əlyazmaların birgə tədqiqi məsələləri müzakirə edilib.
Direktor bildirib ki, kitabxanada dahi Azərbaycan şairləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və digər müəlliflərin əsərlərinin əlyazmaları saxlanılır. Ümumilikdə kitabxanada dünyanın 28 dilində 10 milyondan artıq kitab var.
A.Həsənov son illərdə Azərbaycanın əldə etdiyi uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər barədə söhbət açıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edib, lakin Ermənistan bu sənədləri hələ də yerinə yetirmir.
Diplomat ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar səfirliyin həyata keçirəcəyi tədbirlər haqqında da məlumat verib. O, kitabxanada Azərbaycan guşəsinin yaradılmasının vacibliyini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Məşhur “Zoopark əhvalatı” əsəri səhnələşdirilir
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info