Naxçıvan şəhərində Ulu Öndərə həsr olunan rəsm sərgisi açılıb
Tarix: 08.05.2015 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə rəsm sərgisi açılıb.
Sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva Ulu Öndərin Azərbaycan üçün gördüyü misilsiz işlərdən ətraflı söhbət açdı.
Ülviyyə Həmzəyeva bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyev bütün ömrünü Azərbaycanın inkişafına həsr edib, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması üçün əlindən gələni əsirgəməyib. Ulu Öndər bugünkü qüdrətli Azərbaycan Respublikasının qurucusu və memarıdır.
“Naxçıvan Rəssamlar Birliyinin yaradılması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1971-ci ilin iyun ayında məhz Ulu Öndərin göstərişi ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan təşkilatı yaradıldı və ilk günlər 9 üzvlə fəaliyyətə başladı”, - deyən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri qeyd etdi ki, dahi şəxsiyyət ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına da xüsusi diqqət göstərib, bu sahədə uğurlar qazanan hər kəsə öz layiqli qiymətini verib, onlardan diqqət və qayğısını heç vaxt əsirgəməyib.
Qeyd olunub ki, Ulu Öndər hələ məktəb illərindən rəssamlığa böyük maraq göstərib. Onun kiçik yaşlarından çəkdiyi dəyərli rəsm əsərləri də belə deməyə əsas verir. Bu gün həmin əsərlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılır.
Sonra rəsm sərgisinə baxış oldu.
Sərgidə 27 rəssamın yağlı boya, qrafika və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunur.
Tədbir iştirakçıları Həmzə Sadıqovun “Ümummilli lider Heydər Əliyev portreti”, Telman Abdinovun “Sönməyən həyat”, Ülviyyə Həmzəyevanın “Heydər Əliyev portreti”, Həbibə Allahverdiyevanın “Türk dünyasının liderləri”, Eldar Zeynalovun “Vətən oğlu” rəsm əsərlərinə maraqla baxdılar.
Sərgi mayın 16-dək davam edəcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24.05.2019
Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info