Ali və ümumi orta təhsil haqqında qanun layihələri hazırlanır
Tarix: 08.05.2015 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Milli Məclisin (MM) Elm və təhsil komitəsində hazırda “Ali təhsil haqqında” və “Ümumi orta təhsil haqqında” qanun layihələri üzərində iş gedir.
Bunu MM-in Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.
Ş. Hacıyev deyib ki, “Ali təhsil haqqında” qanun layihəsi hazırlanarkən Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsas kimi götürülüb: “Eyni zamanda dünyada ali təhsil sistemindəki yeniliklər nəzərə alınmaqla, ali təhsil haqqında çox modern bir qanun layihəsi hazırlayacağıq”.
“Ümumi orta təhsil haqqında” qanun layihəsinə gəlincə, Ş. Hacıyev qeyd edib ki, qanun layihəsində Təhsil Strategiyasında nəzərdə tutulduğu kimi 12 illik ümumi orta təhsil məsələsi əksini tapıb: “Ümumi orta təhsil haqqında” qanun layihəsi çox vacibdir. Ota təhsil sistemində bəzi problemlər var və bu problemlərin bir çoxu qanunvericiliklə bağlıdır. Biz “Təhsil haqqında” çərçivə qanunu qəbul etmişdik və qanun çox gözəl işləyir. Amma bəzi detallar var ki, o çərçivə qanununda öz əksini tapa bilməz. Ona görə də “Ümumi orta təhsil haqqında” qanun layihəsində biz bütün detalları, mexanizmləri nəzərdə tutacağıq. “Ümumi orta təhsil haqqında” qanun layihəsində təmayüllə təhsil də öz əksini tapacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info