Şuşanın işğalından 23 il keçir
Tarix: 08.05.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Şuşa şəhərinin Ermənistan tərəfindən işğal edilməsinin 23-cü ili ilə əlaqədar Şuşa şəhər ictimaiyyətinin nümayəndələri, millət vəkilləri və şəhər sakinləri Şəhidlər Xiyabanını ziyarət edib.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, Azərbaycan xalqı Şuşanın işğalı ilə barışmır: “Son zamanlar Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində görülən işlər xalqda bir ümid yaradıb. Son dövrlərdə xalqımızın ümidi daha çox artıb”.
B.Səfərov bildirib ki, istər cəbhədə, ölkədə və istərsə də respublikadan kənarda görülən işlər erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.
O, “Xocalıya ədalət”, “Şuşaya azadlıq” kampaniyalarının əhəmiyyətini vurğulayıb: “Son vaxtlarda Azərbaycanın dünya ölkələri arasında özünə layiq yer tutması qonşu dövlətləri narahat edir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət hər birimizin ürəyincədir. Həm güclü ordumuz, həm də xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşir və bu bizdə işğal altında olan torpaqları azad edəcəyimizə əminlik yaradır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info