“Bakı-2015” Azərbaycanın inkişaf göstəricisidir”
Tarix: 09.05.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


“Əminəm ki, ilk Avropa Oyunları ilə bağlı hər şey
möhtəşəm olacaq”

Xəbər verdiyimiz kimi “Şuşaya azadlıq” beynəlxalq kampaniyası çərçivəsində 19 ölkədən 30-dan çox QHT nümayəndələri Azərbaycanda səfərdədir. “Palitra” olaraq həmin QHT nümayəndələrinin Azərbaycan, eləcə də ilk Avropa Oyunları ilə bağlı fikirlərini davam etdiririk.

Gürcüstandan olan QHT rəhbəri Gventsadze Zurab dedi ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük layihədir: “Bu, Azərbaycanın inkişaf göstəricisidir. Çünki nəinki Qafqazda, hətta Avropada Azərbaycan ilk dəfə olaraq bu məsuliyyəti öz üzərinə götürdü. Azərbaycan bununla həm də Qafqaz ölkələri arasında da fərqləndiyini göstərdi”. Gventsadze Zurabın sözlərinə görə, Azərbaycan ilk Avropa Oyunları ilə öz gücünü bir daha nümayiş etdirəcək: “Bu Oyunlar yüzlərlə ölkədə KİV-lə yayımlanacaq. Dünya Azərbaycanın gücünü görəcək”.
O bildirdi ki, “Bakı-2015” Azərbaycan üçün böyük bir investisiyadır: “Eyni zamanda ilk Avropa Oyunları Azərbaycanın böyük PR-ı deməkdir. Biz Azərbaycanda “Bakı-2015”ə necə məsuliyyətlə hazırlığın görüldüyünün şahidi olduq. Əminəm ki, bu Oyunlarla bağlı hər şey möhtəşəm olacaq”.
Gventsadze Zurab ilk Avropa Oyunlarına böyük həvəslə tamaşa etməyə gələcəyini də dedi: “Bizim ölkəmizin də idmançıları ilk Avropa Oyunlarında iştirak edəcəklər. Hazırda Gürcüstan Olimpiya Komitəsi tərəfindən bu işlərə hazırlıq görülür”.
Həmsöhbətimiz ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğal olunması ilə də bağlı fikirlərini bildirdi: “Biz Bakıda “Mədəniyyəti qoruyaq, sülhlə gələcəyə nail olaq” tədbirində iştirak etdik. Ermənilərin Şuşada və digər işğal etdikləri rayonlarda mədəni abidələri dağıtması yolverilməzdir. Bu vandalizm əməllərinə son qoyulmalıdır! Biz bir neçə ay bundan qabaq Şuşadakı abidələrin ermənilər tərəfindən məhv edilməsinə etiraz olaraq bəyanat qəbul etmişik. Buradan da fürsətdən istifadə edib “Şuşaya azadlıq” istəyirəm”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info