“Avropanın Rusiya ilə dialoqa getməsi vacibdir”
Tarix: 09.05.2015 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


“İqtisadiyyatını, siyasətini və mədəniyyətini yenidən özünə qaytarmaq üçün Avropanın Rusiya ilə dialoqa getməsi vacibdir”.
Bu fikirlər müasir Rusiya tarixinin araşdırıcılarından olan fransız Jan-Pyer Arrinyona məxsusdur.
O, bildirib ki, Avropa NATO-ya üzvlük məsələsində həyata keçirdiyi “birtərəfli” siyasətlə vidalaşmalı və Rusiya ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmağa çalışmalıdır. “Mediapart” nəşrinə müsahibə verən Arrinyon Rusiya prezidenti Vladimir Putinin ötən il Valdayda keçirilən forumudakı fikirlərini xatırladıb. Xatırladaq ki, həmin forumda Rusiya prezidenti açıq şəkildə etiraf etmişdi ki, “biz Ukraynada yaranmış vəziyyətlə, bu ölkənin Avropa Birliyinə inteqrasiyası məsələsi ilə bağlı Qərblə müzakirə aparmağa cəhd etdik. Lakin həmin ərəfədə heç kim bizi dinləmək, hətta bizimlə danışmaq belə istəmədi. Onlar sadəcə olaraq bildirdilər ki, bu işlər sizlik deyil”. Arrinyona görə, Avropa Rusiyaya qarşı “bu işlər sizlik deyil” kimi yanaşmadan imtina etməlidir: “Avropa Rusiya ilə münasibətləri bərpa etmək üçün təşəbbüs göstərməli və “bu işlər sizlik deyil” kimi aşağılayıcı terminlərdən imtina edərək əlaqələri bərpa etmək üçün ilk addım atmağa, eyni zamanda, yekcins Avropa Birliyini bərpa etməyə çalışmalıdır”. Tarixçinin təbirincə, hazırda Avropa Birliyi iki bloka bölünüb. Bunlardan birincisi sırf NATO-çu ölkələrdir ki, onlar Rusiyaya qarşı düşmənciliyi təbliğ edirlər. Bu blokun əsas təmsilçiləri Polşa və Baltikyanı ölkələrdir. Digər bloka daxil olan ölkələr - Fransa, İtaliya, İspaniya və Yunanıstan kimi dövlətlər Rusiya ilə dialoq tərəfdarı kimi çıxış edirlər. Arrinyonun fikrincə, ABŞ və Baltikyanı ölkələrlə sıx əlaqədə olan Almaniya Rusiyanın etimadını itirib. Buna baxmayaraq Berlin yenə də həlledici mövqe nümayiş etdirə bilər. Rusiyanın Avropaya əsas “giriş qapısı” kimi Fransanı təqdim edən fransalı tarixçi, prezident Fransua Ollandın bu istiqamətdəki xidmətlərini xüsusi qeyd edib. Amma etiraf edir ki, Avropa Birliyi ardıcıl siyasət həyata keçirməyi bərpa etməyənə qədər Rusiya ilə konstruktiv dialoqu bərpa etmək çətin olacaq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info