“Ayntraxt”ın futbolçusu “Qarabağ”ın transfer siyahısında
Tarix: 09.05.2015 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Ağdamın “Qarabağ” klubunun transfer siyahısında olan daha bir futbolçunun adı məlum olub. Topaz Premyer Liqasının lideri yay "transfer pəncərə”sində yığmamızın futbolçusu Taşkın İlteri heyətinə qatmaq istəyir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Bakı “İnter”ində çıxış edən müdafiəçisi Azər Salahlı ilə anlaşan Ağdam klubu U-21-in daha bir oyunçusunu heyətinə qatmaqda maraqlıdı. Belə ki, gənclər arasında AVRO-2015-in seçmə mərhələsində İlterlə Azər millimizin formasını geyiniblər. Salahlının cəmi 3 matça çıxdığı tsikldə Taşkın 7 qarşılaşmanın iştirakçısı olub. 1994-cü il iyulun 5-də Almaniyada anadan olan milliləşən legioner ölkəmizin digər yığmalarının da formasını geyinib. U-21-ə qədər U-19-da da çıxış edən yarımmüdafiəçi Berti Foqtsun baş məşqçi olduğu vaxtda əsas yığmaya da cəlb olunub. Taşkın 2013-cü il noyabrın 19-da Bişkekdə Qırğızıstan yığması ilə qarşılaşmanın start heyətində yer alıb. O, həmin görüşdə 64 dəqiqə forma geyinib. Berlində anadan olan futbolçunun klub karyerası Almaniya ilə bağlıdı. “Rasmaniya”, “Herta” və “Türkiyemspor”un yeniyetmə komandalarında çıxış edən futbolçu peşəkar karyerasına Braunşveyq “Ayntraxt”ında başlayıb. Bu klubun 2-ci komandasının formasını geyinən yarımmüdafiəçi artıq 2-ci mövsümdür ki Şimal Regional liqasında çıxış edir. 2013/14 mövsümündə bu komandada 13 oyun keçirən yarımmüdafiəçi cari mövsüm 15 matçda 1 qol vurub. O, bu qolu I turun “Luneburger”lə görüşündə rəqib qapısından keçirib. Qeyd edək ki, İlter 2014-cü ilin oktyabrında Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunlarına da çağırılmışdı. Lakin Foqts yığmamızın baş məşqçisi postunda keçirdiyi son qarşılaşmalarda ona şans verməyib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info