Şuşanın işğal günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub
Tarix: 09.05.2015 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü münasibətilə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa və Xankəndi ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarətçilər “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan xalqı Şuşanın işğalı ilə heç cür barışmır. O, Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində görülən işlərin xalqda bir ümid yaratdığını vurğulayıb: “Son vaxtlar xalqımızın ümidi daha çox artıb. İstər cəbhədə, istərsə də respublikamızda və dünya miqyasında görülən işlər erməni işğalının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Dağlıq Qarabağın işğalı ilə bağlı filmlər çəkilir, kitablar yazılır, “Xocalıya ədalət”, “Şuşaya azadlıq” kampaniyaları keçirilir. Son vaxtlarda Azərbaycanın dünya ölkələri arasında özünə layiq olan yeri tutması qonşu dövlətləri də narahat edir. Prezidentimiz hər bir vətəndaşımız üçün diqqət, qayğı göstərir ki, bu da bizdə işğal altında olan torpaqlarımıza tez qayıdacağımız haqqında əminlik yaradır”. B. Səfərov qeyd edib ki, bu gün Azərbaycanın ordusu güclüdür və müasir silahlarla təmin edilib: “Ən əsası odur ki, Azərbaycan gəncliyi və Azərbaycan ordusu torpaqlarımızın azad olunmasının arzusundadır”.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info