“Şuşanın mədəni irsinin erməniləşdirilməsi beynəlxalq qanunlara ziddir”
Tarix: 09.05.2015 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


Faiq İsmayılov: “Ermənistan Azərbaycan ərazilərini işğal etdiyinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır”
Azərbaycanın İşğal Olunmuş Ərazilərinin Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov Şuşadakı abidələrin dağıdılması ilə bağlı qəzetimizə müsahibə verib:
-Şuşa abidələrinin bu gün nə dərəcədə tədqiqata ehtiyacı var?
- 20 ildən artıqdır ki, Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində yaşayan azərbaycanlılar dədə-baba torpaqlarından Ermənistan tərəfindən məqsədli şəkildə fiziki istismara, milli-irqi ayrı-seçkiliyə məruz qalaraq, qovulublar. Bunun da nəticəsində bu insanlar öz əmlaklarından və milli-mədəni dəyərlərindən zorla məhrum edilib, iqtisadi, sosial, mədəni və əmək hüquqları pozulub, eləcə də fiziki və psixi sağlamlıqlarına ciddi zərər dəyib.
1992-ci ildən Ermənistanın işğalı altında olan Şuşa şəhəri ərazilərindəki daşınmaz tarix və mədəniyyət abidələri sırasında tarixi əhəmiyyətli fərdi binalar və onların əraziləri, qurğular, daşınan mədəni mülkiyyətə aid abidələr, arxeoloji-mədəni təbəqələr çoxluq təşkil edir. Burada dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrini və Şuşa dövlət mədəniyyət qoruğunu xüsusi olaraq qeyd etmək lazımdır.
Şuşa tarixi bir şəhərdir, onun ərazisində mədəni irsimizə aid tarixi binalar, abidə ansamblları, Azərbaycanda çox nadir quruluşa malik balkonlu evlər, tarixi hadisələrlə bağlı yerlər, arxeoloji-mədəni qatlara malik torpaq sahələri, tarixi-estetik gözəlliyi özündə əks etdirən mənzərələr, xüsusi mədəni dəyərlərə malik tarixi, memarlıq, arxeoloji abidələr şəhərin gözəlliyinə və görkəminə daha bir mənzərə qatır. Burada tariximizin bütün dövrlərinə şahidlik edən mədəni irsimiz elmi, tarixi, bədii və mədəni əhəmiyyətinə görə xüsusi olaraq diqqət çəkir. Şuşanın tarixi memarlıq abidələrinin bu gün araşdırmalara və tədqiqata daha çox ehtiyacı var.
-Şuşadakı mədəni və tarixi abidələrin statistikasını və bu abidələrə vurulan zərərin məbləğini deyə bilərsizmi?
-Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya əhəmiyyətli abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin ən zəngin beşiyi adlandırılmasına səbəb olub.
Şuşada bütün binaları tarixi əhəmiyyət daşıyan 23 qədim məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə adlanan məhəllələrin hər birində hamam, məscid, bulaq vardı. İlkin hesablamalara görə, Ermənistanın işğalı nəticəsində Şuşa şəhərində olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi 11 279 640 000$- təşkil edir. Hesablamalarımız davam etdiyindən gələcəkdə bu rəqəmlərin artacağı istisna deyil.
-Şuşanın mədəni irsinin erməniləşdirilməsi nə dərəcədə beynəlxalq qanunvericiliyə uyğundur?
-Şuşa dövlət tarix və mədəniyyət qoruğundakı daşınmaz tarix və mədəniyyət abidələri və digər incəsənət nümunələri, Azərbaycan xalqının dövlət mülkiyyətində olan əmlakıdır. Qanunla daşınmaz tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən əmlak hüquqlarının əldə edilməsi, erməniləşdirilməsi yolverilməzdir.1992-ci ildən Dağlıq Qarabağın bütün ərazilərində və xüsusilə Şuşa şəhərində yüzlərlə daşınmaz tarix və mədəniyyət abidələri ermənilər tərəfindən planlı şəkildə vandalizmə uğradılıb. Şuşa şəhərində tarixi hadisələrlə bağlı yerlər, milli-mədəni dəyərlərə malik binalar, tarixi şəhərsalma ansamblları, şəhərin qədim qalıqları, tarixi memarlıq kompleksləri və ansamblları, eləcə də tarixi, elmi, bədii və mədəni dəyərlərə malik dövlət qeydiyyatında olan digər yerlər ermənilər tərəfindən dağıdılır məhv edilir, toponimlər dəyişdirilir, tarixi abidələr erməniləşdirilir.
Ermənistan tərəfindən, Azərbaycan dövlətinin mülkiyyətinə daxil olan Şuşa şəhərindəki abidələnin və tarixi yerlərin erməni mədəniyyətinə uyğunlaşdırılması məqsədi ilə bərpa edilməsi məsələsi 1995-ci ildən Ermənistan hökumətinin daimi gündəliyindədir. Bu məsələ Ermənistan hökumətinin 2000-ci ildə İrəvanda qəbul etdikləri Şuşa Mədəniyyətinə Varislik Konsepsiyasının tərkib hissəsidir. Ermənistan hökuməti və «Daşnaksütun» terror təşkilatı Şuşa şəhərini ermənilərin birinci Qarabağ müharibəsindəki “qələbə”lərinin ən böyük simvolu kimi təbliğ edirlər. Onlar müxtəlif şəhərlərdə Şuşanın xatirəsinə abidələr ucaldır, kitablar, albaomlar nəşr etdirərək hər il Şuşanın təbliğinə 100 min dollardan çox pul xərcləyirlər. Məhz bu səbəbə görə də xaricdəki erməni lobbilərinin və Ermənistan hökumətinin maliyyəsi hesabına Şuşa şəhərinin yenidən qurulması və bərpası dünya erməniləri üçün həlli vacib olan ümummilli bir məsələyə çevrilib. Bu öz növbəsində 1953-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına və digər Beynəlxalq Hüquqi Aktlara ziddir.
Ermənistan Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün 2000-ci ildə İrəvan şəhərində «Shousi» Mədəniyyət Fondu və «Shousi» nəşriyyat evi yaradıblar. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, «arxiv sənədlərinin» tədqiqi və təbliği nəzərdə tutulur.
Ermənistan Azərbaycana qarşı silahlı təcavüz etdiyinə və Azərbaycan ərazilərini işğal etdiyinə görə beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyasının 14 dekabr 1974-cü ildə qəbul etdiyi “Təcavüzün tərifi” adlı 3314 (XXIX) saylı qətnaməsinin 5-ci maddəsində göstərilir ki, təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayətdir və təcavüz aktı beynəlxalq məsuliyyət doğurur.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info