Pakistanda helikopter qəzası nəticəsində iki səfir həlak olub
Tarix: 09.05.2015 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


Pakistanın şimal-şərqindəki Gilgit-Baltistan rayonunda helikopter qəzası zamanı aralarında iki xarici səfirin də olduğu 6 nəfər
həyatını itirib.

TASS informasiya agentliyi xəbər verir ki, hadisə nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri, həmçinin Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşları həlak olub. Yerli telekanalın məlumatına əsasən, ölənlər arasında helikopterin iki pilotu da var. Polşa və Rumıniya səfirlərinin isə yaralandığı bildirilir. Göyərtəsində 6 pakistanlı və 11 xarici vətəndaşın olduğu helikopter Naltar vadisindəki məktəbin binasına sərt eniş edib və yanmağa başlayıb. Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov qəzaya uğrayan helikopterdə uçmaqdan son anda imtina edib. Səfir APA-ya açıqlamasında deyib ki, Pakistan baş nazirinin xanımı tərəfindən Talassemiya Mərkəzində keçiriləcək tədbirə dəvət edildiyi üçün xarici ölkələrin səfirləri ilə birlikdə Gilgit-Baltistana uçmaqdan imtina edib: “Helikopter nasaz olub. Eniş etmək istəyərkən texniki problem yaranıb və məktəblərdən birinin üstünə düşüb. Mənim adım uçanlar siyahısında olub. Xəstəxanalara gətirilən yaralılar arasında olmadığım üçün mənim öldüyümə qərar veriblər və bu gün Pakistanda bir sıra media orqanı məni də hadisədə ölmüş kimi qələmə verib. Sonradan mən onlara zəng edib məsələyə aydınlıq gətirdim”. Qeyd edək ki, Pakistanda fəaliyyət göstərən “Taliban” qruplaşması içərisində diplomatların olduğu helikopterin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürüb. Taliblər bəyan ediblər ki, helikopterdə Pakistan baş naziri Navaz Şərifin olduğunu düşünüblər.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb
19.08.2019
Əfqanıstanda terror aktı nəticəsində 63 nəfər ölüb
18.08.2019
Liviya sahillərində 278 qaçqın tutuldu
18.08.2019
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat: 10 nəfər saxlanılıb
18.08.2019
Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info