“Artıq Ermənistan Rusiya tərəfindən tərəfdaş kimi görülmür”
Tarix: 09.05.2015 | Saat: 01:51:00 | E-mail | Çapa göndər


Əgər Rusiya Ermənistandan NATO ilə münasibətləri kəskin məhdudlaşdırmağı tələb edərsə, Ermənistan hakimiyyəti çətin ki, bunun əleyhinə getsin. Yumşaq desək, o da ağlabatan deyil ki, Ermənistanda bu tələbin əleyhinə çıxan hansısa aparıcı siyasi qüvvələrin təşkilatçılığı ilə siyasi müqavimət baş tutsun

NATO-Rusiya münasibətləri hərbi dərəcədə olmasa da, münaqişə prinsipinə uyğun inkişaf edir.
Bundan isə ermənilər olduqca narahatdırlar. Erməni KİV-i təşvişlə hadisələrin inkişaf prosesini izləyir və şərh edir. Ermənistanın “1in” saytı bu barədə belə yazır: “Rusiya fürsət düşən kimi, bir neçə istiqamətdə yeni hərbi müdaxilə imkanlarını əldən buraxmaq istəmir. Bu müdaxilələr nəticəsində əldə ediləcək ərazilər isə ya yaşayış məkanı, ya da təhlükəsizlik üçün bufer zona olacaq”. O da qeyd edilir ki, Rusiyanın hərbi tribunası üçün İrəvan da istifadə edilə bilər: “Vacib regionlardan biri Qafqaz hesab edilir və burda, əlbəttə, ciddi çağırışlar var. Rusiyada Gürcüstan məsələsi və Qafqazla bağlı ambisiyalar var, o, burada hərbi mövcudluğunu bərqərar etməklə Qafqaz mövzusunu tamamilə qapatmaq istəyir. Bu, Ermənistan üçün ciddi siqnaldır. Amma yeganə siqnal deyil.

“Əgər NATO üçün də Ermənistan bir dövlət yox, sadəcə ərazi kimi dəyər kəsb edərsə, NATO da onu tərəfdaş saymazsa, onda o, daha çox təhlükə altında qalmış olar. Əgər Rusiya Ermənistandan NATO ilə münasibətləri kəskin məhdudlaşdırmağı tələb edərsə, Ermənistan hakimiyyəti çətin ki, bunun əleyhinə getsin”

Problem ondadır ki, Rusyanın bu cür taktikası, bənzər oyun qaydaları özündə Ermənistan üçün NATO-ya münasibət kontekstində təhlükə törədir. Halbuki NATO ilə münasibətlər təhlükəsizlik baxılmından Ermənistan üçün olduqca vacibdir. Eyni zamanda, bu planda Ermənistan üçün ciddi problemlər meydana çıxır. Əgər Rusiya NATO ilə münaqişəyə davam edərsə, Ermənistan ciddi zərər görə bilər”. Daha sonra yazıda qeyd edilir ki, NATO Qafqazı Rusiyaya da verə bilər və ya Qafqaz subyektlərinin Rusiyaya bağlı qalmaq qərarları ilə barışa bilər. Belə bir anda, Rusiyanın taktikası bu subyektlər qarşısında problemi kəskinləşdirə bilər. Məsələn, Ermənistan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla, NATO ilə əməkdaşlıq edə bilər, amma NATO-Rusiya qarşıdurması dərinləşərsə, Moskva Ermənistana NATO ilə hər hansı əlaqəni qadağan edə bilər. Bu isə artıq Ermənistan üçün fəlakətə bərabərdir. Bu o demək deyil ki, NATO onunla münasibət qurmayan Ermənistanı cəzalandıracaq. Cəza Ermənistana münasibətdə etinasızlıq, onun NATO hesab-kitablarından və strategiyalarından çıxarılması olacaq. Bu isə o deməkdir ki, Ermənistan vacib tarazlayıcı təhlükəsizlik faktorundan məhrum olacaq. Bu isə geopolitik mənada da fəlakətdir.

“Rusiyaya yalnız Ermənistanın ərazisi ladımdır”

Artıq Rusiya tərəfindən tərəfdaş kimi görülməyən Ermənistan, mahiyyətcə, Rusiya üçün yalnız ərazi və arsenal baxımından bir məkana çevrilib. Əgər NATO üçün də Ermənistan bir dövlət yox, sadəcə ərazi kimi dəyər kəsb edərsə, NATO da onu tərəfdaş saymazsa, onda o, daha çox təhlükə altında qalmış olar. Əgər Rusiya Ermənistandan NATO ilə münasibətləri kəskin məhdudlaşdırmağı tələb edərsə, Ermənistan hakimiyyəti çətin ki, bunun əleyhinə getsin. Yumşaq desək, o da ağlabatan deyil ki, Ermənistanda bu tələbin əleyhinə çıxan hansısa aparıcı siyasi qüvvələrin təşkilatçılığı ilə siyasi müqavimət baş tutsun”.
Yazıda o da qeyd edilir ki, Ermənistan üçün NATO ilə münasibətlərin məhdudlaşdırılması, onun ötən sentyabrın 3-də Avropa Birliyi ilə münasibətləri məhdudlaşdırmasından daha ağır nəticələrlə yadda qala bilər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info