Ali məktəblərimiz I Avropa Oyunlarına necə hazırlaşır?
Tarix: 09.05.2015 | Saat: 01:54:00 | E-mail | Çapa göndər


“383 tələbəmiz artıq rəsmi olaraq bütün proseduralardan keçərək ilk Avropa Oyunlarında inzibati işçi, qonaqların qarşılanması, müşayiət olunmasında bələdçi, tərcüməçi və könüllü kimi iştirak edəcəklər”
I Avropa Oyunları müstəqil Azərbaycan tarixində ən mühüm hadisələrdən biridir. Oyunların yüksək səviyyədə keçirilməsi ilə bağlı digər sahələrlə yanaşı, ali təhsil müəssisələri də öz əməyini əsirgəmir. Bu gün ali təhsil müəssisələrinin əksəriyyətində tələbələr fəal iştirak edirlər.

Tələbələr Avropa Oyunlarına dəstək tədbirlərindən biri kimi “SABAH Könüllü Həftəsi” çərçivəsində 23-30 aprel 2015-ci il tarixlərində keçirilən tədbirlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin “SABAH” qruplarında təhsil alan yüzlərlə tələbəsi iştirak edib. “SABAH-ın könüllüsü”nün ideyaları əsasında təşkil olunan idman və intellektual yarışlar, müsabiqə, aksiya “fleşmob”lar “Bakı-2015” Avropa Oyunlarına dəstək xarakteri daşıyıb.

Bakı Ali Neft Məktəbinin tələbələri könüllülərin tərkibində fəal iştirak edir

Bakı Ali Neft Məktəbində ilk Avropa Oyunları ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Məktəbin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova bildirdi ki, 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək Avropa Oyunlarına həsr olunmuş rəsm sərgisinin nümayişi olub: “Həm kompüter qrafikası, həm əllə çəkilmiş rəsm əsərləri yarışmanın həyəcanını və ab-havasını özündə əks etdirir. Bundan başqa, Ali Məktəbin tələbələri könüllülərin tərkibində fəal iştirak edirlər. Həmçinin ali təhsil müəssisəsi olaraq, ölkəmizdə keçiriləcək bu əlamətdar tədbirlə bağlı təbliğat-təşviqat işində yaxından iştirak edirik”.

Azərbaycan Turizm və Menecment Universiteti öz dəstəyini 3 istiqamətdə göstərir

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) prorektoru Eldar Aslanov bildirdi ki, Avropa Oyunlarının təşkili üçün təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ali məktəb öz dəstəyini 3 istiqamətdə göstərir: “Əməliyyat Komitəsi hazırlıqla bağlı fəaliyyətə başladığı dövrdən etibarən universitetimiz bu tədbirlərdə aktiv olaraq iştirak etmələri üçün müxtəlif tədbirlər həyata keçirib. 383 tələbəmiz artıq rəsmi olaraq bütün proseduralardan keçərək ilk Avropa Oyunlarında inzibati işçi, qonaqların qarşılanması, müşayiət olunmasında bələdçi, tərcüməçi və könüllü kimi iştirak edəcəklər. Hətta bəzi idman növlərində hakim köməkçisi vəzifəsinə də cəlb olunublar. Bu tələbələrin dil bilgisi yüksək səviyyədədir. 50 nəfərlik bir heyət də sonradan seçilib. Onların hansı statusda fəaliyyət göstərməsi dəqiqləşdirilib. Bundan başqa, bizim müəllimlərimizdən tərcüməçi və bələdçi kimi işə cəlb olunanlar var". O da vurğulandı ki, ATMU-nun ümumilikdə 500-dən çox tələbəsi Avropa Oyunlarında xüsusilə könüllü proqramlarda iştirak edəcək, eləcə də seçilmiş volontyorlar müxtəlif vəzifələr tutacaqlar: “Volontyorların 12 mini əsas, 6 mini ehtiyat heyətdir. 12 minlik əsas heyətin içərisində 500 nəfər iştirakçı tələbəmiz var. Məzunların da böyük bir hissəsi prosesə cəlb olunub. Onlara daha məsul vəzifələr tapşırılıb. Avropa Oyunlarının keçirildiyi əsas idman növləri üzrə gördükləri işin spesifikliyinə görə onlara Əməliyyat Komitəsi təlimat verib. Artıq onlar işlərinin nədən ibarət olduğunu dəqiq bilirlər”. Prorektor onu da bildirdi ki, ATMU-nun ikinci istiqamətdə göstərdiyi fəaliyyət turizm üzrə ali təhsil müəssisəsi olaraq Avropa Oyunlarının turizm sektoruna təsirini tədqiq etməkdir: “Biz oyunlar gedən ərəfədə Azərbaycanın ölkədaxili və ölkəxarici imicini araşdıracağıq. Avropa ölkələrində və Azərbaycanda Oyunların keçirildiyi ərazilər üzrə həm pozitiv, həm neqativ tərəflər analiz olunacaq”. Fəaliyyətin üçüncü istiqaməti isə digər təhsil müəssisələri kimi may ayının sonunadək tədris prosesini başa çatdırmaqdır: “Üçüncü əsas işimiz may ayının 31-dək tədris prosesini tamamlamaq vəzifəsidir. Bu gün intensiv proqramlar əsasında artıq dərslər yekunlaşıb, imtahanlar başlayıb. İmtahanlar mayın 31-dək bitəcək. Beynəlxalq proqram üzrə dərslərimiz Avropa Oyunlarından sonraya saxlanacaq. Universitet məzunlarının məzun buraxılışı da, yəqin ki, iyul ayında keçiriləcək”. Universitetin müəllim-tələbə kollektivi ümumilikdə idman həvəskarı kimi də bu proseslərdə aktiv iştirak edəcək.

Qafqaz Universiteti Tələbələrin Maraq Klubunu yaradıb

Qafqaz Universiteti isə Avropa Oyunları ilə bağlı Tələbələrin Maraq Klubu yaradıb ki, klubun 300-ə yaxın üzvü var. Mindən çox tələbə Avropa Oyunlarında könüllü kimi iştiraka qoşulacaq ki, 3 aydan çoxdur onlara treninqlər keçilir. Bu tələbələr mütəmadi olaraq həftədə 3 dəfə kurslar keçir, müvafiq istiqamətlər üzrə təlimatlandırılırlar.
Azərbaycan Dövlət İqtisad Universitetindən 3 minə yaxın könüllü tələbə
Azərbaycan Dövlət İqtisad Universitetindən isə bildirdilər ki, “Bakı- 2015” I Avropa Oyunlarının açılış və bağlanış komitəsinin işçiləri tərəfindən ADİU-da bütün tədris binalarında təqdimatlar keçirilib. Bu tədbirin ölkə səviyyəsində təşkil edilməsini nəzərə alaraq, oyunlarda könüllü olmaq üçün tələbələr arasında maarifləndirmə tədbirləri, görüşlər keçirilib. Universitetdən I Avropa Oyunlarına 3000-ə yaxın könüllü tələbə qatılıb.

ADNA-nın “Gənclik” mahnı və rəqs ansamblı açılış və bağlanış mərasimində iştirak edəcək

Azərbaycan Dövlət Neft Akademiyasında isə ümumilikdə 1400-dən çox tələbə könüllülər sırasına qoşulublar. Könüllülərin bir çoxu funksional, bir qismi isə mərasim könüllüləri kimi fəaliyyət göstərəcəklər. Mərasim könüllüləri ilk Avropa Oyunlarının açılış və bağlanış tədbirlərində, funksional könüllülərimiz isə yarış boyu müxtəlif istiqamətlərdə - nəqliyyat, tərcüməçilik, komandaların yönləndirilməsində, rəqs qruplarında və sair iştirak edəcəklər. ADNA-nın “Gənclik” mahnı və rəqs ansamblı qrup şəklində Avropa Oyunlarında keçiriləcək böyük bir bayram şənliyinin açılış və bağlanış mərasimində iştirak edəcək. Bir çox tələbələr ilk üçlük üzrə yığma komandanın koordinatorları kimi çalışırlar. Neft Akademiyasının Bədən Tərbiyəsi və İdman klubunun əməkdaşı Pyotr Kuvşinov və tələbə Kamran Cəfərov hakim kimi bu Oyunlara dəvət alıblar. Neft Akademiyasının bir çox tələbələri var ki, yay oyunlarının Koordinasiya Mərkəzində fərdi olaraq administrativ əməyə cəlb olunublar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info