Türk Şurası dövlətlərinin strateji araşdırma mərkəzləri əməkdaşlıq edəcək
Tarix: 09.05.2015 | Saat: 01:55:00 | E-mail | Çapa göndər


Dünən Türk Şurasına üzv dövlətlərin rəsmi strateji araşdırma mərkəzlərinin birgə əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəsmi beyin mərkəzləri arasında imzalanıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bununla əlaqədar keçirilən tədbirdə çıxış edərək deyib ki, bugünkü görüş Azərbaycanın ayrılmaz parçası olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı gününə təsadüf edir. O, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında tezliklə həll ediləcəyinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib. Təmsil etdiyi qurum haqqında məlumat verən Ramil Həsənov deyib ki, Şuranın əsas istiqamətlərindən biri xarici siyasətdə ölkələrin milli maraqlarını bir araya gətirərək müdafiə etməkdir. Digər çıxış edənlər imzalanan memorandumun türkdilli ölkələrin rəsmi beyin mərkəzləri arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd ediblər. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli tədbirdə iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info