“Erməni spikerin Sxinvalinin marionet nümayəndəsi ilə görüşü çox pis tendensiyadır”
Tarix: 09.05.2015 | Saat: 01:59:00 | E-mail | Çapa göndər


Qalust Saakyanın “Cənubi Osetiya parlamentinin başçısı” ilə görüşü rəsmi Tiflis tərəfindən narazılıqla qarşılanıb
“Ermənistan parlamenti spikerinin Sxinvalinin marionet rejiminin nümayəndəsi ilə görüşü çox pis əlamət və tendensiyadır”. “Gruziya onlayn” yazır ki, bunu Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili parlament komitələrinin birgə iclasında bildirib.
Beruçaşvili əmindir ki, bu cür addımların arxasında “uzağa gedən və ciddi planlara malik güclər” dayanır: “Təbii ki, biz hər şey etməliyik ki, bu planlar həyata keçməsin və bu cür mövzular spekulyasiya predmetinə çevrilməsin”.
O qeyd edib ki, gürcü səfiri iki dəfə Ermənistan xarici işlər nazirliyində olub. Gürcüstan baş naziri özünün həmkarı ilə danışıb və onlar praktiki olaraq bu danışıqdan sonra üzr istəyiblər. Biz qərara almışıq ki, hazırkı mərhələdə, bu məsələni, səfiri konsultasiya xatirinə də olsa, geri çağırmaq səviyyəsinə çatdırmayaq, amma bu işi nəzarətə götürək. Qorxuram ki, bu, sonuncu epizod olmasın. Ermənistanın bu gün apardığı siyasi xətt, prioritetlər və onun hans reallıqlarla yaşadığını nəzərə alsaq, bu məsələnin və digər nəsnələrin Gürcüstanın zərərinə istifadə edilməsi istisna edilmir.
“Armenia Today” isə qeyd edir ki, mayın 4-də Ermənistan parlamentinin spikeri Qalust Saakyan və Cənubi Osetiya parlamentinin başçısı Anatoli Bibilovun görüşü rəsmi Tiflis tərəfindən narazılıqla qarşılanıb. Həmçinin, Ermənistan baş nazirinin özünün gürcü həmkarı ilə telefon danışığı da olub. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndələri İrəvandakı gürcü səfiri Tengiz Şarmanaşvili ilə görüşüb. Bundan başqa, Ermənistan parlamentinin nümayəndəsi, öz növbəsində, bəyan edib ki, sözügedən görüş rəsmi yox, şəxsi xarakter daşıyıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info