SOCAR İranda keçirilən sərgidə təmsil olunub
Tarix: 09.05.2015 | Saat: 02:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İran İslam Respublikasında keçirilən 20-ci beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində xüsusi stendlə təmsil olunub.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, şirkətin stendi iştirakçılar arasında maraq doğurub, İranın Neft Nazirliyinin məsul işçiləri, bir sıra xarici şirkətlərin nümayəndələri və media nümayəndələri SOCAR-ın son illərdə gördüyü işlər və əldə etdiyi nailiyyətləri böyük maraqla qarşılayıblar. Şirkətin elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev və SOCAR-ın İran nümayəndəliyinin direktoru Oqtay Sadıqzadə stendin ziyarətçilərinə Dövlət Neft Şirkətinin fəaliyyəti ilə bağlı məlumat verib, suallar ətraflı cavablandırılıb. Sərginin açılışında İran prezidentinin birinci müavini İshaq Cahangiri, neft naziri Bijən Namdar Zəngənə, İranın milli neft şirkətinin prezidenti Rüknəddin Cavadi, parlament üzvləri və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Mərasimdə neft naziri Bijən Namdar Zəngənə İranın neft, qaz və neft-kimya sənayesinin əldə etdiyi uğurlardan danışıb. 20-ci İran beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində 1200-dən artıq yerli və 39 ölkədən 600 xarici şirkət iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
18.06.2019
Ramil Usubov onu rəis təyin etdi
18.06.2019
“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq
18.06.2019
Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşlarla görüşəcək
18.06.2019
“Azeri Light”ın bir barreli 63,35 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info