Səfir Efiopiya mətbuatına uğurlarımızdan danışıb
Tarix: 12.05.2015 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanındakı Daimi nümayəndəsi Elman Abdullayev Efiopiyanın aparıcı mətbuat orqanı “The Ethiopian Herald” qəzetinə Azərbaycanın uğurları, regionda aparıcı rolu və ölkəmizdə tolerantlıq ənənələri mövzuları ilə bağlı müsahibə verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfir E.Abdullayev müsahibədə Azərbaycanda əsrlərdən bəri tolerantlıq ənənələrinin inkişaf etdiyini qeyd edərək, dünyada multikulturalizmi təbliğ edən ölkələrdən biri olduğunu vurğulayıb.
O, Azərbaycanın tarix boyu ərazisində müxtəlif xalqlara və müxtəlif dini etiqadlara mənsub olan insanların birlikdə sülh şəraitində yaşadığını bildirib. Diplomat eyni zamanda, beynəlxalq ictimaiyyətdə tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etdiyini və mötəbər tədbirlərə ev sahibliyi etdiyini oxucuların diqqətinə çatdırıb.
Səfir E.Abdullayev bu il mayın 18-19-da Bakıda III dünya “Mədəniyyətlərarası Dialoq” forumunun keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Beynəlxalq tədbirlərə gəldikdə diplomat cari ilin iyun ayında keçiriləcək “Baku 2015” İlk Avropa Oyunları barədə də məlumat verib.
Müsahibədə müstəqil Azərbaycanın qısa bir zamanda sürətli inkişafını qeyd edən səfir xalqımızın Ümummilli lideri və xilaskarı Heydər Əliyevin Azərbaycanda sabitliyin və inkişafın təmin edilməsində tarixi və misilsiz rolu barədə məlumat verib. Ulu Öndər Heydər Əliyevin liderliyi ilə Azərbaycan xalqının çətin imtahanlardan uğurla çıxdığını və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımladığı qeyd edilib.
Müsahibədə həmçinin Azərbaycan-Efiopiya münasibətləri, iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info