Fransa mətbuatı: “Qarabağda Suriyadan qaçan ermənilər məskunlaşdırılır”
Tarix: 12.05.2015 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Parisdə gündəlik nəşr olunan nüfuzlu “L’Opinion” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub.
Jan-Dominik Merşenin müəllifi olduğu məqalədə Azərbaycan ərazisinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal edildiyi xatırlanıb. Azərbaycan ilə Ermənistan arasında cəbhə xəttində atəşkəs barədə razılığın əldə edilməsinin mayın 12-də 21 ilinin tamam olmasının vurğulandığı yazıda münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun problemin danışıqlar yolu ilə həll etmək istiqamətində fəaliyyətinin heç bir nəticə vermədiyi diqqətə çatdırılıb.
Dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin köklərinin SSRİ-nin yarandığı dövrə təsadüf etdiyini diqqətə çatdıran müəllif 1988-ci ildən 1994-cü ilə kimi davam edən müharibə nəticəsində 30 min insanın həlak olduğunu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Həmçinin Azərbaycanın əzəli və tarixi torpağı olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonumuzun, ümumilikdə ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi diqqətə çatdırılıb. Həmin torpaqlarda Ermənistanın birbaşa və açıq şəkildə müdafiə etdiyi qondarma “respublikanın qurulduğu” bildirilib. Amma beynəlxalq ictimaiyyətin bu “respublika”nı və mayın 3-də burada keçirilən əsassız parlament seçkilərini tanımadığı vurğulanıb. Həmçinin “Dağlıq Qarabağ Respublikası” real “dövlət” deyil, yalnız erməni silahlı birləşmələrinin nəzarəti altında olan ərazi kimi qeyd edilib. Bildirilib ki, hazırda Dağlıq Qarabağda yüz mindən bir qədər artıq erməni yaşayır. Burada əsasən, Suriyadakı müharibədən qaçan ermənilər məskunlaşdırılır.
Yazıda Azərbaycanın tarixən tolerant ölkə olduğu, Prezident İlham Əliyevin uğurlu və balanslaşdırılmış xarici siyasət yürütməsi nəticəsində qonşu dövlətlərlə səmərəli əlaqələr qurulduğu, hərbçilərimizin beynəlxalq sülhyaratma qüvvələrinin tərkibində Əfqanıstanda, İraqda və Kosovoda sabitliyin qorunmasında fəal iştirak etdikləri diqqətə çatdırılıb. Qeyd olunub ki, zəngin karbohidrogen ehtiyatlarına sahib olan Azərbaycanın sürətlə inkişaf edir. İqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Ermənistanın isə Cənubi Qafqazın ən kasıb ölkəsinə çevrildiyi diqqətə çatdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info