“Bakı, günü sabah qitənin Oyunları keçirməyə tam hazırdır”
Tarix: 12.05.2015 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


“Tour d’Azerbaidjan-2015”də təşkilatçılıq çox yüksək səviyyədə idi. Yarışın son mərhələsinin marşrutu Avropa Oyunlarına hazırlıq xarakteri daşıdığı üçün təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, Bakı günü sabah qitənin ilk Oyunlarını keçirməyə tam hazırdır”. Bu sözləri Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov yarışdan sonra təşkil edilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis ardıcıl 4-cü dəfə keçirilən “Tour d’Azerbaidjan” yarışının təşkilatçılığından razılığını ifadə edib. Onun sözlərinə görə, hər şey çox yüksək səviyyədə keçib: “Komandanız “Synergy Baku” da çox uğurla çıxış etdi və çempion olmaqla yanaşı, dağ köynəyini də qazandı. Bu templə davam edərsə, “Tour d’Azerbaidjan” daha nüfuzlu yarışlar arasına girə biləcək”.
Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer də Təşkilat Komitəsinə təşəkkür edib. O vurğulayıb ki, gördüklərinə yaxşı mənada təəccüblənib: “Hər şey çox yüksək səviyyədədir. 4-cü ildir bu yarış keçirilir və görürük ki, ildən-ilə turnirin səviyyəsi yüksəlir. Azərbaycanda bütün şərait var. Yollar gözəldir, otellər əladır. Heç məşhur “Tour de France” yarışında komandalar belə yüksək səviyyəli otellərdə qalmırlar. Eyni zamanda, iştirakçıların təhlükəsizliyi çox yüksək səviyyədə qorunur. 5-ci mərhələ barədə deyə bilərəm ki, Avropa Oyunları üçün ideal marşrutdur. Bu yarışda da bizi çox gərgin mübarizə gözləyir. Çünki Oyunlarda qitənin ən güclüləri yarışacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info