“Ölkəmiz Avropa ailəsinin etimadını doğruldaraq Oyunları ən yüksək səviyyədə reallaşdıracaq”
Tarix: 12.05.2015 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


“Azərbaycanda reallaşacaq I Avropa Oyunlarına sayılı günlər qaldıqca, bu idman tədbiri haqqında müzakirələrin daha da çoxalması təbiidir. Şübhəsiz ki, məsələnin ölkəmiz və dünya idman tarixi üçün uğurlu əhəmiyyətini vurğulayanlarla yanaşı, tənqidi, qərəzli fikirlər səsləndirənlər də mövcuddur. Tənqidlərin önündə Avropanın bir sıra tanınmış media orqanlarında Azərbaycanda insanların durumunun guya ağır olduğu qeyd olunan yazılar diqqət çəkir”.

Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirib ki, həmin nəşrlərdə Avropa ölkələrinə oyunların boykot edilməsi ilə bağlı qərəzli çağırışlar edilir:

“Boykotların hansı sifarişlər və kimlər tərəfindən yönəldilməsi konkretlik qazanmasa da, bunların hansı effekt verəcəyini təbii ki, zaman sübuta yetirəcək. Hələlik isə antiazərbaycan “silahı” ilə “zireh”lənmişlərə diqqət çəkmək istərdim. Təəssüf ki, Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları davamlı şəkildə gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr budəfəki fürsəti də əldən vermək istəmir və birinci Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar.
Acı da olsa, reallıqdır ki, müstəqil Azərbaycanın qısa müddətdə qazandığı bu yüksək mövqe kimlərinsə marağına uyğun gəlmir, onları qıcıqlandırır, qısqandırır. Təəssüf ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi xarici dairələr, onlara bağlı olan beynəlxalq QHT-lər və media qurumları indi də ölkəmizə və Avropa Olimpiya hərəkatına qarşı qərəzli kampaniyaya start veriblər. Bu kampaniyalar çərçivəsində oyunların boykotundan tutmuş, ən primitiv ləkəyaxmaya qədər hər cür addımlar atırlar.
Belə “fövqəladə missiya”da daxili, xarici “qəhrəman”larla yanaşı erməni lobbisi də olduqca “ciddi” işlə məşğuldur. Sözügedən qüvvələr dəqiq hesablayıblar ki, birinci Avropa Oyunları ilə Azərbaycan müəyyən mənada özünü dünyaya daha geniş şəkildə çıxara bilir, ölkənin dünya teleməkanında təqdimatları gedir. Çünki Avropa Oyunları bir ölkənin təqdimatı üçün böyük və uğurlu bir layihədir. Ona görə də hər birimiz fərqində olmalıyıq ki, bu məsələdə bütövlükdə hədəf Azərbaycandır. Bəli məhz Azərbaycan!”
Amma bir sıra antiazərbaycan qüvvələrin ölkəmizi gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək: “Ölkəmiz Avropa ailəsinin ona göstərdiyi etimadı doğruldaraq ilk Avropa Oyunlarını ən yüksək səviyyədə reallaşdıracaq. Düşünürəm ki, kimliyindən və aid olduğu təşkilatdan, siyasi baxışlarından asılı olmayaraq hər birimiz birinci Avropa Oyunlarının Azərbaycanda uğurla reallaşması üçün öz gücümüzdən səmərəli istifadə etməliyik. Çünki bu sənin, mənim, onun yox, Azərbaycanın, yəni bizim Vətənimizin, dövlətimizin növbəti sınağıdır!”
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info