Qırğızstandakı səfirliyimiz Heydər Əliyevin ad günü ilə bağlı tədbirlər keçirib
Tarix: 12.05.2015 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qırğızstandakı Səfirliyi Ulu Öndər Heydər Əliyevin ad günü ilə bağlı silsilə tədbirlər həyata keçirmişdir.
Bu ilin may ayının 10-da Azərbaycanın Qırğızstandakı Səfirliyinin və “Azəri” İctimai Birliyinin birgə təşəbbüsü ilə Qırğızstanın Kant şəhərində Ulu Öndər Heydər Əliyev adını daşıyan küçədə iməcilik təşkil olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin iki qardaş Azərbaycan və Qırğız xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsində misilsiz xidmətlərini və Qırğız Xalqı Assambleyasına daxil olan “Azəri” İctimai Birliyinin müraciətini nəzərə alınaraq 2014-cü ilin may ayının 16-da Kant şəhərinin Keneşinin (Parlamentinin) 15-ci növbədənkənar sessiyasının Qərarı ilə Kant şəhərinin Miçurin küçəsinin adı dəyişilərək Heydər Əliyev adı verilmişdir.
İməcilikdə Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov, Kant şəhərinin rəhbərləri, ictimai-siyasi xadimlər, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, Qırğızstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri və bu küçədə yaşayan sakinlər iştirak etmişlər.
İməcilik başlamadan öncə çıxış edən Ulu Öndərin anadan olmasının 92-ci illiyə həsr olunmuş mitinq keçirmişdir. Mitinqi “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev açmışdır.
Sonra çıxış edən səfir Hidayət Orucov Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat vermişdir. O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışmışdır. Ümummilli Lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə etmişdir.
Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olmuşdur.
Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını dilə gətirmişdir.
Açılış çıxış edənlər Kant şəhər Keneşinin (Parlamentinin) sədrinin müavini Gülbayram İbrahimovna, Kant şəhərinin vitse-meri Uran Mirbekov, “Azəri” İctimai birliyinin sədri Əzizağa Əliyev və Azərbaycan Respublikası Nəqliyyat nazirinin müşaviri Çingiz Baxşıyev dahi rəhbər Heydər Əliyevin fenomen bir şəxsiyyət olmasından, onun təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən söhbət açmışlar.
Sonda çıxış edən Heydər Əliyev adına küçənin sakini Raisa İbraimova Azərbaycan səfirinə bütün sakinlər adından göstərilən diqqət və qayğıya görə təşəkkürü bildirmiş və gül dəstələri hədiyyə etmişdir.
İməcilik çərçivəsində küçədə yerləşən bütün qapılar və bacalar boyanmış, təmizlik işləri aparılmış, uşaq istirahət yerləri bərpa edilmişdir.
Silsilə tədbirlər çərçivəsində bu ilin may ayının 6-da Qırğızstanın “Piramida” televiziya kanalınında Ulu Öndər Heydər Əliyevdən bəhs edən, Rusiyanın tanınmış rejissoru Andrey Konçalovskinin çəkdiyi “Hakimiyyətin yükü” adlı filmi nümayiş etdirilmişdir.
May ayının 10-da filmin 1-ci hissəsi və 11-də isə 2-ci hissəsi Qırğız Respublikasının dövlət televiziya kanalı olan “KTRK”-da nümayiş olunmuşdur.
Məlum olduğu kimi, ikihissəli filmdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, milli təhlükəsizlik orqanlarında işlədiyi dövr haqqında söhbət açılır. Filmdə Ulu Öndərin 1969-cu ildən 1982-ci ilədək Azərbaycana rəhbərlik etdiyi, eləcə də Moskvada işlədiyi dövr də əhatə olunmuşdur.
Kino əsərində, həmçinin dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunmasındakı xidmətləri və digər məsələlər sənədli təsvirlərin dili ilə şərh edilir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ilinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucovun Qırğızstanın rəsmi Dövlət qəzeti olan “Kırqız Tuusu” qəzetinin 2015-ci ilin may ayının 5-də çap olunan 35-ci sayında “Dövlət başçısı olmaq – vəzifədir, liderlik isə - alın yazısıdır” adlı məqaləsi çap olunmuşdur.
May ayının 11-də çap olunan Qırğızstanın ən çox oxucu kütləsinə sahib olan qəzeti olan “Veçernıy Bişkek” qəzetinin növbəti sayında isə eyni adlı məqalə rus dilində dərc edilmişdir.
Məqalədə bildirilmişdir ki, müasir Azərbaycanın memarı olan Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, çox ehtiyac duyulan xarici əlaqələrimiz genişləndi, hərtərəfli enerji strategiyası reallaşdı və ölkənin uzunmüddətli inkişafının təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən hal-hazırda uğurla davam etdirilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən danışan səfir demişdir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul etmişdir. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.
Diplomat bildirmişdir: “Ulu Öndər Heydər Əliyev deyirdi: Manasın dili – bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info