Zurab Gventsadze: “Bakı-2015” Azərbaycanın inkişaf göstəricisidir”
Tarix: 12.05.2015 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


“Əminəm ki, ilk Avropa Oyunları ilə bağlı hər şey möhtəşəm olacaq”

Xəbər verdiyimiz kimi “Şuşaya azadlıq” beynəlxalq kampaniyası çərçivəsində
19 ölkədən 30-dan çox QHT nümayəndələri Azərbaycanda səfərdədir. “Palitra” olaraq həmin QHT nümayəndələrinin Azərbaycan, eləcə də İlk Avropa Oyunları ilə bağlı fikirlərini davam etdiririk. Gürcüstandan olan QHT rəhbəri Gventsadze Zurab dedi ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük layihədir: “Bu, Azərbaycanın inkişaf göstəricisidir. Çünki nəinki Qafqazda, hətta Avropada Azərbaycan ilk dəfə olaraq bu məsuliyyəti öz üzərinə götürdü. Azərbaycan bununla həm də Qafqaz ölkələri arasında da fərqləndiyini göstərdi”. Gventsadze Zurabın sözlərinə görə, Azərbaycan ilk Avropa Oyunları ilə öz gücünü bir daha nümayiş etdirəcək: “Bu Oyunlar yüzlərlə ölkələrdə KİV-lə yayımlanacaq. Dünya Azərbaycanın gücünü görəcək”.
O bildirdi ki, “Bakı-2015” Azərbaycan üçün böyük bir investisiyadır: “Eyni zamanda ilk Avropa Oyunları Azərbaycanın böyük PR-ı deməkdir. Biz Azərbaycanda “Bakı-2015”ə necə məsuliyyətlə hazırlığın görüldüyünün şahidi olduq. Əminəm ki, bu Oyunlarla bağlı hər şey möhtəşəm olacaq”.
Gventsadze Zurab ilk Avropa Oyunlarına böyük həvəslə tamaşa etməyə gələcəyini də dedi: “Bizim ölkəmizin də idmançıları İlk Avropa Oyunlarında iştirak edəcəklər. Hazırda Gürcüstan Olimpiya Komitəsi tərəfindən bu işlərə hazırlıq görülür”.
Həmsöhbətimiz ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğal olunması ilə də bağlı fikirlərini bildirdi: “Biz Bakıda “Mədəniyyəti qoruyaq, sülhlə gələcəyə nail olaq” tədbirində iştirak etdik. Ermənilərin Şuşada və digər işğal etdikləri rayonlarda mədəni abidələri dağıtması yolverilməzdir. Bu vandalizm əməllərinə son qoyulmalıdır! Biz bir neçə ay bundan qabaq Şuşadakı abidələrin ermənilər tərəfindən məhv edilməsinə etiraz olaraq bəyanat qəbul etmişik. Buradan da fürsətdən istifadə edib “Şuşaya azadlıq” istəyirəm”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info