Ceyms Patrik Moran: “Bakının müasir görkəminə heyran qaldım”
Tarix: 12.05.2015 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Mayın 12-də Milli Məclisdə Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının (AFAZ) sədri Ceyms Patrik Moran ilə görüşüb.
Görüşdə əsas müzakirə mövzusu Azərbaycan-ABŞ əlaqələri olub. Səməd Seyidov Azərbaycanda gedən davamlı inkişaf prosesləri barədə məlumat verib. O, ölkəmizin ABŞ-la ortaq maraqlarının olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan çətin dövrdən keçsə də hazırda müstəqil ölkə kimi öz yolu ilə inkişaf edir.
Səməd Seyidov diqqətə çatdırıb ki, Azərbaycan birinci Avropa Oyunlarının keçirilməsi ərəfəsindədir, buna görə də hazırda dünyanın diqqət mərkəzindədir. Qeyd edilib ki, Azərbaycan ilə ABŞ bir çox istiqamətlərdə, xüsusilə də enerji məsələlərində və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlıq edir.
İşçi qrupun üzvü Asim Mollazadə Azərbaycan-ABŞ əlaqələrindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edib. O, ölkəmizin ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını, bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdırıb.
AFAZ-ın sədri Ceyms Patrik Moran Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirib və hazırda ölkəmizdə böyük inkişaf proseslərinin getdiyini söyləyib. O, Bakının müasir görkəminə heyran qaldığını vurğulayıb. Bildirib ki, Azərbaycan çox əlverişli coğrafi mövqedə yerləşir və ölkənin böyük iqtisadi potensialı var. Qonaq Ermənistanın işğalçı siyasətini, insanların öz yurd-yuvalarından didərgin düşməsini pisləyib. O, həmçinin Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info