BANM Axen Universiteti ilə birgə Bərpaolunan Enerji Mərkəzi yaradır
Tarix: 12.05.2015 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun Almaniyanın Düsseldorf şəhərinə səfəri çərçivəsində Avropanın tanınmış şirkətlərindən olan “E.On” şirkətinin dəstəyi ilə və Axen Universiteti ilə birlikdə Bərpaolunan Enerji Mərkəzinin yaradılması haqqında sənəd imzalayıb. “E.On” şirkəti alternativ enerji, tədqiqat, istehsal və qlobal enerji məsələləri sahəsində ixtisaslaşmış dünyanın ən böyük şirkətlərindən biridir. Şirkətin sözügedən sahələrdə uzunmüddətli və geniş təcrübəsi BANM-də ən müasir texnologiyalarla təchiz olunmuş mərkəzin qurulmasında hərtərəfli texniki dəstək göstərməyə imkan yaradacaq.
Səfər çərçivəsində, eyni zamanda, Axen Universiteti ilə Bərpaolunan Enerji Mühəndisliyi və Geologiya Mühəndisliyi üzrə birgə kadrların hazırlanması barədə niyyət protokolu imzalanıb. BANM ilə Axen Universiteti arasındakı əməkdaşlıq bakalavr pilləsində universitetin tədris proqramları çərçivəsində və müasir təlim texnologiyaları əsasında BANM-də ingilisdilli mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info