“Atəşkəsin imzalanması Azərbaycana yenidən güclənməsi üçün əlavə vaxt qazandırdı”
Tarix: 12.05.2015 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


“Təəssüflər olsun ki, atəşkəs dönəmində beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətindən imtina etməsi üçün hansısa ciddi iş ortaya qoymadılar”. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev atəşkəsin imzalanmasının 21-ci ildönümü ilə bağlı fikirlərini şərh edərkən qeyd edib. “Nəzərdən qaçırmamalıyıq ki, ulu öndər Heydər Əliyev hakimiyyətə yeni gəlmişdi və vəziyyəti düzgün analiz edərək, sazişin imzalanmasına nail oldu. Çünki, keçmiş hakimiyyət yeni gələn hakimiyyətə xaos, qeyri-stabil vəziyyət və dağınıq ordu, dağılmış iqtisadiyyat mirasını qoymuşdu. Bununla hansısa uğurlu nəticə əldə etmək mümkün deyildi. Ona görə Heydər Əliyevə vaxt lazım idi ki, Azərbaycanı bugünkü vəziyyətə gətirib çıxa bilsin. Atəşkəsin imzalanması Azərbaycana yenidən güclənməsi üçün əlavə vaxt qazandırdı. Baş verənlər bir daha onu göstərir ki, Heydər Əliyev uzaqgörən siyasətçi idi. Bu illər ərzində Azərbaycan gücləndi və dünyada mövqeylərini daha da möhkəmləndirdi. İqtisadi və enerji layihələrini gerçəkləşdirməklə, Ermənistanı böglədən təcrid edə bildi. Nəticədə bu gün Ermənistan səfalət içindədir və insanlar ölkəni tərk edirlər. Çünki, Ermənistan özü bu yolu seçib. Rəsmi İrəvanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti ona heç nə qazandırmadı. Azəbaycan daxil olan böyük maliyyə hesabına güclü ordusunu qurdu və ölkə bölgənin lider dövlətinə çevrildi”,-deyə millət vəkili bildirib. Millət vəkili beynəlxalq təşkilatları tənqid edib. “ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və həmsədrlərin turistik səfərləri bu qurumun əhəmiyyətsiz hala gətirdi. Onların nəticəsiz fəaliyyətləri Azərbaycanın başqa vasitələrə əl atmasını tezləşdirir. Sabah bölgədə müharibə baş verəcəksə, məsuliyyət Ermənistanın və onun işğalçılıq siyasətini qınamayan beynəlxalq güclərin üzərinə düşəcək ”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info