Elmar İskəndərov: “Bakı hələ Oyunlar başlamamış Avropanı təəccübləndirib”
Tarix: 12.05.2015 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


“İndoneziyada oxuyan əcnəbilər “Bakı-2015”i səbirsizliklə gözləyirlər”

İlk Avropa Oyunlarının başlanmasına bir ay qalsa da, artıq ölkəmizdə Oyunların ab-havası hiss olunur, sanki günü sabahdan yarışlar başlayacaq. Bir-birinin ardınca dövlət qurumları, ayrı-ayrı təşkilatlar artıq yarışlara tam hazır olduqlarını açıqlayırlar. Ölkə gəncləri də Avropa Oyunları üçün hazır olduğunu bildirirlər. Buna misal olaraq xeyli sayda olan könüllülər, tələbələrimizin fikirlərini göstərə bilərik. Bəs görəsən bu mühüm idman yarışını canlı izləyə bilməyib, Vətəndə yarışmanın uğurlu təşkili üçün töhfə verə bilməyəcək xaricdə oxuyan gənclərimiz Avropa Oyunlarına hansı dəstəyi göstərirlər? Ümumiyyətlə onların bu yarışma ilə bağlı fikirləri nədir?
İndoneziyanın dövlət təqaüdü ilə bu ölkədə Beynəlxalq münasibətlər və siyasi elmlər üzrə magistr təhsili alan tələbəmiz və o cümlədən İndoneziyada diaspor fəalımız Elmar İskəndərov Avropa Oyunlarının müstəqil Azərbaycan tarixində ən mühüm hadisələrdən biri kimi qiymətləndirir: “Öz əhəmiyyətinə və miqyasına görə Birinci Avropa Oyunlarını Olimpiadaya bərabər sayıram. İndoneziyada yarışlar haqda məlumatlı olan hər kəs deyir ki, Oyunlar qlobal xarakter daşıyır. Əcnəbilərlə, indoneziyalılarla bu mühüm tədbir haqqında söhbət edəndə onlar bir məsələyə heyrətlərini gizlətmirlər. Bu qısa zamanda bütün infrastrukturun hazır olmasıdır. Olimpiadaya hazırlıq üçün digər ölkələrə 7-8 il vaxt verildiyi halda Azərbaycan 2 il yarım ərzində yarışların keçirilməsi üçün bütün işləri görüb tamamladı. Bu doğrudan da bəzilərinin kiçik dövlət kimi baxdığı Azərbaycan üçün böyük nailiyyətdir. Təkcə bir məqamı deyim ki, Braziliya futbol üzrə son dünya çempionatına uzun illər hazırlaşsa da stadionlar digər tikililər yüksək səviyyədə olmadı. Hətta son aylara qədər yarışın Braziliyadan alınacağı barədə söz-söhbətlər yayıldı buna səbəb tikililərdə axsamaların olması idi. Qısası, Bakı artıq Avropanı təəccübləndirib bu istiqamətdə. Qalıb yarışların yüksək səviyyədə təşkil olunması ki, buna da əminəm ki, hər şey yüksək səviyyədə olacaq”.
Elmar İskəndərov deyir ki, Azərbaycan bu uğurlu hazırlıq işləri ilə digər sahələrdə də istənilən nəticəni belə qısa zamanda əldə edə biləcəyi mesajını da vermiş oldu: “Bu gün Avropa Olimpi Komitəsi rəsmiləri, rəhbərlərinin ölkəmizdə görülmüş işləri yüksək qiymətləndirilməsi haqqında dəfələrlə media yazıb, açıqlamaların şahidi olmuşuq. Oyunlar başlamamış deyə bilərəm ki, Azərbaycan istənilən səviyyədə, hətta aylarla çəkə biləcək beynəlxalq yarışları belə təşkil etmək gücündədir. Oyunlar zamanı yüksək təşkilatçılıq, insanlarımızın tolerantlığı, mehriban qonaqpərvər Bakı sakinlərinin turistlərə sərgiləyəcəyi münasibət və digər məqamlar mənim dediklərimə əyani sübut olacaq. Mən ölkəmlə İndoneziyada fəxr edirəm və hər kəsə burada aşılayıram, faktlarla sübut edirəm ki, ölkəmiz güclü, heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən, istənilən təzyiq və təhdidlərə cavab verməyi bacaran dövlətə çevrilib. Siyasi cəhətdən güclü bir ölkənin keçirəcəyi beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunacağına şübhə etmək olmaz. Təhlükəsizlik də əminəm yüksək səviyyədə olacaq və Bakıya gələcək idman ictimaiyyəti, turistlər ölkəmizdən xoş təəssüratla ayrılacaqlar. İndoneziyada əlimdən gələni edəcəyəm ki, burada təbliğati işlərdə töhfəmi verəm. Artıq gənclər, tələbələr arasında bir sıra təbliğati işlər də aparmışam. Bəzi tələbələri çıxmaq şərti ilə əksər tələbələr Azərbaycan haqqında məlumatlı olduqlarını deyirlər, Avropa Oyunlarının ilk dəfə Bakıda olmasını ölkəmiz üçün böyük uğur olduğunu düşünürlər. Hətta əksər tələbələr “Bakı-2015”in başlanmasını səbirsizliklə gözlədiyini deyirlər. Onlar internet və televiziya vasitəsi ilə Oyunları izləyəcəklər.
Bundan başqa sevindirici haldır ki, bu gün dünyanın müxtəlif bölgələrində yaşanan münaqişələr, kataklizmalar Azərbaycandan yan keçir. Bunun özü də Avropa ailəsinin bizə etimad göstərməsinə səbəb oldu. Amma ölkəmizin işğala məruz qalmadı faktı da danılmazdır və belə mühüm yarışlarla bağlı təbliğati işlər aparılanda stabil ölkə olmağımızı deyəndə yaralı yerimizdən də söz açırıq. İstənilən halda dünya haqqın, ədalətin tərəfində olacaq. Gün gələcək ki, Ermənistanın işğalçılıq siyasəti onların özlərinə baha başa gələcək, ilbəil zəifləyən dövlət daha da təcrid vəziyyətə gətiriləcək. Avropa Oyunları haqda maraqlanan əcnəbilər Azərbaycanın Ermənistanla münaqişə vəziyyətində olduğunu bilirlər və bunun özünün də ölkəmiz üçün, gənclərimiz idmançılarımızın uğurları üçün stimul olacağını deyirlər. Qısası, biz xaricdə təhsil alan tələbələr əlimizdən gələni edirik ki, Oyunlardan əvvəl təbliğat işlərində iştirak edək. Oyunlar başlayanda da çalışacayıq ki, bu istiqamətdə töhfələrimizi verək. Şəxsən mən bununla bağlı aktiv olacağam. Buradan Vətənimə səslənir və “Bakı səni sevirəm, Azərbaycan uğurlarına sevinirəm” deyirəm”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info