Tərcümə Mərkəzi Çexiya “Pen” Yazıçılar Təşkilatı ilə əməkdaşlıq görüşü keçirib
Tarix: 12.05.2015 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Çexiya “Pen” Yazıçılar Təşkilatı ilə əməkdaşlıq görüşü keçirib.
Mərkəzdən verilən məlumata görə, “Pen” Yazıçılar Təşkilatının rəhbəri Yirji Dyedyecek bildirib ki, “Pen” Təşkilatının əsas işi dünya yazıçılarının kitablarını nəşr edərək, onlara kömək göstərmək, Praqada keçirilən ədəbiyyat festivallarını təşkil etməkdir: “Azərbaycanda Tərcümə Mərkəzi kimi ölkəsinin ədəbiyyatının dünya dillərinə tərcüməsi və təbliği ilə məşğul olan belə bir böyük təşkilatın olması, hər iki ölkə arasında ədəbi əlaqələrin qurulmasına geniş imkanlar yaradır. Azərbaycan ədəbiyyatının seçmə nümunələrinin çex dilinə, eləcə də bizim ədəbi nümunələrin sizin dilinizə çevrilməsini, hər iki xalqın bir-birini yaxından tanıması istiqamətində atılacaq əhəmiyyətli addım hesab edirəm. Biz istərdik ki, hər iki ölkənin məlum-məşhur müəllifləri deyil, yeni dövr ədəbiyyatının aparıcı nümayəndələrinin əsərləri tərcümə edilsin. Biz ən qısa vaxtda Azərbaycan dilinə əsərləri çevriləcək müəlliflərin tam siyahısını və kitablarını mərkəzə təqdim edəcəyik”.
Tərcümə Mərkəzinin direktoru Afaq Məsud rəhbərlik etdiyi qurum haqqında məlumat verərək qeyd edib ki, mərkəzin dil və tərcümə sahəsi üzrə fəaliyyəti çoxşaxəlidir: “Sizinlə görüşümüzün məqsədi, ölkələrimiz arasında ədəbi əlaqələrin qurulmasını təşkil etmək, hər iki ölkənin ədəbiyyatını bir-birinə yaxından tanıtmaqdır. Biz sizin Milli Kitabxanada olduq. Təəssüflər olsun ki, orada Nizami Gəncəvidən savayı, Azərbaycan ədəbiyyatına dair heç bir kitab yoxdur. Lakin Azərbaycan həqiqətən zəngin ədəbi xəzinəyə malikdir və biz istərdik ki, bu xəzinədən çex oxucusu da xəbər tutsun”.
Görüşdə Çexiya Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Helena Provaznikova, “Azərbaijan Student Network” təşkilatının Praqa ofisinin direktoru Eldar Vəliyev, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktor müavini Zakir Fəxri, çex şair və yazıçıları iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info