Azərbaycanın G-20 toplantılarında Türkiyə ilə bərabər olması xüsusi önəm daşıyır
Tarix: 12.05.2015 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev mayın 12-də Türkiyə Respublikası Baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Türkiyənin G-20-yə rəhbərliyə seçildiyini və bu mötəbər təşkilatın bütün tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan Baş nazirin müavini Əli Babacan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirlərdə iştirak etmək üçün dəvətini bir daha diqqətə çatdırıb. Əli Babacan qardaş Azərbaycanın G-20-nin toplantılarında Türkiyə ilə bərabər olmasının xüsusi önəm daşıdığını deyib. Birinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Əli Babacan yarışların yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Türkiyənin G-20-yə rəhbərlik etməsini qardaş ölkənin böyük qələbəsi kimi dəyərləndirən dövlət başçısı Azərbaycanın buna çox sevindiyini deyib. Prezident İlham Əliyev bunu həm də dünyanın aparıcı dövlətləri tərəfindən Türkiyənin roluna göstərilən yüksək münasibətin ifadəsi kimi qiymətləndirib. Azərbaycanı G-20-yə dəvət etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha minnətdarlığını ifadə edən Prezident İlham Əliyev bunun dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi, Türkiyə-Azərbaycan birliyini dünyaya nümayiş etdirən başlıca amil olduğunu deyib. Dövlət başçısı ölkəmizin bu mötəbər görüşə hazırlaşdığını və bununla bağlı bu gün Bakıda xüsusi toplantının keçirilməsinin önəmini də vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunmasının və mərasimlərdə dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçılarının iştirak etməsinin əhəmiyyətini məmnunluqla qeyd edib. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib və bu əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mitinqlə bağlı məlumat yayıb
22.01.2019
Niderlandda Miqrasiya və İnteqrasiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info