“Keçmiş güləşçi kimi I Avropa Oyunlarını böyük həvəslə izləyəcəyəm“
Tarix: 12.05.2015 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcəyəm. Artıq bunun üçün biletlər də alınıb, hər şey hazırdır. Açılış mərasimindən sonra hansı yarışları canlı olaraq izləməyim isə iş rejimindən və zamanımdan asılı olacaq.
Bunu “Trend”ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, o, əslində bütün oyunlara həvəs göstərir və imkan daxilində onları maksimum izləməyə çalışacaq: “Bəyəndiyim idman növləri ilk növbədə güləşdir, üzgüçülükdür. Özüm gəncliyimdə, tələbəlik illərində ciddi şəkildə sərbəst güləşlə məşğul olmuşam. İndi gəzinti, üzmək idman sayılırsa, onlarla məşğul oluram. Amma keçmiş güləşçi kimi I Avropa Oyunlarını mütləq böyük həvəslə izləyəcəm”.
M.Qurbanlı bildirib ki, onun ən çox sevdiyi idman növü futboldur. O, hətta azarkeşlik etdiyi komandanın adını da açıqlayıb: “Ən çox bəyəndiyim futbol yarışlarıdır. Amma təəssüf ki, futbol Avropa Oyunlarının proqramında yoxdur. Futbolda ən çox tərəfdaşı olduğum komanda isə İspaniyanın “Barselona” komandasıdır. Bir neçə gün əvvəl Çempionlar Liqasının yarımfinalında “Barselona”nın Almaniyanın “Bayern” komandasını 3:0 məğlub etməsi də çox sevindirici oldu. Əminəm ki, finalda “Barsa” olacaq”.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info