“Azəryolservis” ASC sərgidə iştirak edir
Tarix: 12.05.2015 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika (“TransCaspian 2015”) və 5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2015”) sərgiləri öz işinə başlayıb. Hər iki sərgi Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir.
5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2015”) sərgisində kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət strukturları da iştirak edir. Dövlət strukturları arasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC də var.
Sərginin açılışında çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, müasir Azərbaycan nəqliyyatının inkişafının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin rəhbərliyi ilə iri həcmli infrastruktur layihələri reallaşıb və hazırda Prezident İlham Əliyevin diqqəti sahəsində çoxlu sayda infrastruktur layihələrinin həyata keçirilməsi davam edir.
Nəqliyyat nazirinin müavini Musa Pənahov I Avropa Oyunları zamanı nəqliyyat xidmətlərinin göstərilməsinin ən yüksək səviyyədə həyata keçiriləcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu tədbirin yüksək səviyyədə təşkili üçün yol infrastrukturu, o cümlədən, Olimpiya məkanlarına gedən yollar, dayanacaqlar yenidən qurulub.
Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Çin, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrin ümumilikdə 52 şirkəti iştirak edir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sərgidə 2009-2014-cü illər ərzində və yeni həyata keçirdiyi layihələrlə təmsil olunur. Sərgidə qurulan stenddə regionlarda 2009-2014-cü illərdə tikintisi, yenidən qurulması başa çatdırılmış avtomobil yolları və körpüləri, Bakı şəhərində 2009-2014-cü illər ərzində istismara verilmiş avtomobil yolları, qovşaq və piyada keçidləri, həmçinin I Avropa Oyunları zamanı idman yarışlarının keçiriləcəyi idman obyektlərinin ətrafında həyata keçirilmiş işlər barədə məlumat verilir.
Nəqliyyat nazirinin müavini Musa Pənahov “Azəryolservis” ASC-nin stendi ilə yaxından tanış olub, görülmüş işlər barədə nazir müavininə ətraflı məlumat verilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin həyata keçirdiyi iri miqyaslı layihələr sərginin digər ziyarətçilərinin də böyük marağına səbəb olub. Sərgi may ayının 14-ə kimi davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info