Fransalı senator: “Azərbaycan demokratiyada bir çox nailiyyətlər əldə edib”
Tarix: 12.05.2015 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


“Azərbaycan gənc ölkədir, Ermənistanın Rusiyanın oyuncağı olduğu bir vaxtda bizim Cənubi Qafqazdakı tərəfdaşımızdır”.
Bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri, senator Natali Qule (Nathalie Goulet) “Le Huffington Post” qəzetindəki yazısında bildirib.
O, iyun ayında Azərbaycanda keçiriləcək Avropa Oyunlarına diqqət çəkərək bunun Azərbaycanı mənfi çalarda təqdim edən insanların həqiqəti görməsi üçün əsl fürsət olduğunu deyib: “Azərbaycanın, həmçinin, nasizmə qarşı mübarizədə böyük rolu olub. Bu yaxınlarda İkinci Dünya müharibəsinin 70 illiyi qeyd olundu. Azərbaycan böyük döyüşçü kontingenti ilə bu müharibəyə qatılıb. Azərbaycan 20 ildir, torpaqlarının 20 faizinin işğalından əziyyət çəkir. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Bu ərazilərdə beynəlxalq hüquq pozulur. Ötən həftə Fransa bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib”.
N. Qule qeyd edib ki, Azərbaycan Qafqazda terror və təhlükəsizlikdə mübarizədə strateji tərəfdaşdır: "Lakin bizim bu tərəfdaşımıza pis münasibət göstərirlər. Bu ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvü olaraq İsraillə də diplomatik və iqtisadi əlaqələrini davam etdirir. Dağlıq Qarabağ münaqişəsinin Avropa dəyərlərinə uyğun həllinə səy göstərir. Bizim qısqanc cəmiyyətimiz öz prizmasından fikir bildirmək xaricində başqa tədbir görmək gücündə deyil. Əgər hansısa təmənnasız akt varsa, onda qarşılığında kompensasiya gözləyir. Azərbaycan təbii ki, demokratiya sahəsində bir çox nailiyyətlər əldə edib, ancaq o regionda təkdir? Bizi əhatə edən bu dünyada təkdir? Bu qədər nifrətin səbəbi nədir? Niyə jurnalistlər hesab edir ki, izah olmadan, heç bir arqument göstərilmədən tənqid edə bilərlər”.
Fransa parlamentinin üzvü Azərbaycanın dostu olduğunu bəyan edib: “Kim Azərbaycanın dostudursa, deməli, o satılıb. Ancaq belə deyil. Mən bu ölkənin dostuyam. Mən buranın insanlarını tanıyıram. Mən Ermənistanın işğalı nəticəsində torpaqlarından didərgin düşmüş insanlarla işləmişəm. Bakının cazibədar həyatından uzaq olan bu yüz minlərlə insan Prezidentin ərazi bütövlüyü siyasətini dəstəkləyir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info