Pepe Eskobar: “ABŞ-ın Avropada rəqibi Rusiya yox, Almaniyadır”
Tarix: 12.05.2015 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


“Berlin ABŞ-ın Avropadakı siyasi monopoliyasına qarşı çıxmaqla, ABŞ üçün Moskvadan daha təhlükəli dövlətə çevrilib”

“Berlin ABŞ-ın Avropadakı siyasi monopoliyasına qarşı çıxmaqla, ABŞ üçün Moskvadan daha təhlükəli dövlətə çevrilib”. Bu barədə siyasi təhlilçi Pepe Eskobar öz bloqunda yazıb. RİA Novosti bu barədə yazır. Siyasi icmalçı qeyd edir ki, Qərb diqqətini Rusiya üzərində cəmləşdirməklə, Berlini öz nəzərindən yayındırıb. Analitik bu barədə tarixçi və antropoloq Emmanuel Todda istinad edir. Belə ki, burada söhbət amerikan nüfuzunun Avropada saxlanması perspektivindən və Almaniyanın Qərb və Rusiya münasibətlərindəki yerindən və rolundan gedir. Eskobarın fikrincə, Avropaya ABŞ tərəfindən nəzarət edilməsinin açarı Almaniyadan keçir. Eskobarın fikrincə, “hegemon” ABŞ-la “aqressiv” Rusiya arasında Berlinin vasitəçi kimi qəbul edilməsi mifdən başqa bir şey deyil: “Almaniya, sadəcə, Moskvanın siyasətini tənqid etməklə, Vaşinqtonun “tütək havasına oynayan” kimi özünü göstərir . Əslində isə Berlin Rusiya ilə münaqişə axtarmır. Moskva və Berlini energetik, ticarət və işgüzar münasibətlər birləşdirir. Alman şirkətlərinin investisiyalarının böyük hissəsi Rusiya bazarındadır. Buna görə də Almaniyanı Vaşinqtona bağlayan Rusiya ilə münaqişə heç də Berlin üçün sərfəli deyil.

“Artıq Avropa siyasətinin idarəsi Berlinin əlinə keçib. Bununla isə Almaniyanın bütün Avropa üzərində siyasətə nəzarət etmək imkanı yaranır. Bu isə borc çirkabına batmış “kasıb cənub” və alman iqtisadiyyatından asılı hala düşmüş Şərqi Avropa üzərində Almaniyanın iqtisadi və siyasi üstünlüyü nəticəsində təmin edilmiş olacaq”

Bundan başqa, Almaniya sözün əsl mənasında Avropanın şərq sərhədlərində sabitlik olmasında maraqlı deyil və özünün nüfuz dairəsini burada genişləndirməyə çalışır: “Berlinə Avropanın şərqində stabillik lazım deyil, ona nəzarət lazımdır. Almaniya tərəfindən başçılıq edilən avrointeqrasiya prosesi alman ixracatı üçün yeni bazarlar açmaq məqsədilə strategiya illüstrasiyasına çevrilib. Bu, həmçinin, Almaniya ilə Rusiya arasında bufer zona yaradılması üçün lazımdır. Baltikyanı dövlətlərə gəldikdə isə onlar artıq Berlindən çox asılıdırlar – Almaniya bu dövlətlər üçün ən böyük ticarət tərəfdaşı rolunu oynayır”.
Analitikin fikrincə, Qərbin disfunksionallığı barəsində də ekspertlər arasında ciddi narahatlıqlar var: “Avropa Birliyi SSRİ-yə qarşı yaradılmışdı və burada SSRİ-nin varisi olan Rusiyaya qarşı dayanmamaqla Avropa Birliyi layihəsi öz mənasını itirmiş olur.
Pepe Eskobar əmindir ki, Avropa üzərində Almaniya vasitəsilə ABŞ nəzarəti artıq zəifləməkdədir: “Artıq Avropa siyasətinin idarəsi Berlinin əlinə keçib. Bununla isə Almaniyanın bütün Avropa üzərində siyasətə nəzarət etmək imkanı yaranır. Bu isə borc çirkabına batmış “kasıb cənub” və alman iqtisadiyyatından asılı hala düşmüş Şərqi Avropa üzərində Almaniyanın iqtisadi və siyasi üstünlüyü nəticəsində təmin edilmiş olacaq: “Bununla isə Vaşinqton üçün təhdid Moskva yox, onun Avropada siyasi monopoliyasına meydan sulayan Berlindir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info