Eldar Mahmudov Nikolay Patruşevlə görüşüb
Tarix: 12.05.2015 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Azərbaycanın milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, görüşdə Eldar Mahmudov möv¬cud əməliyyat şəraiti və ona təsir göstərən amillər, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusilə beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terror¬çu¬luqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər haqqında danışıb.
Təhlükəsizlik məsələləri ilə əlaqədar qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi zərurətini önə çəkən general-polkovnik Eldar Mahmudovqonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitlik üçün yaratdığı təhdidlər, problemin hələ də həllini tapmamasından irəli gələn fəsadlar barədə ətraflı məlumat verib.
Nikolay Patruşev Rusiya və Azərbaycan arasında çoxəsrlik tarixi-mədəni, dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayıb, hər iki xalqın mənafelərinin, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması naminə ölkələrimizin aidiyyəti strukturları, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edib.
İşgüzar şəraitdə keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info