“Cənub” qaz dəhlizinin Avropa üçün alternativsiz olduğu bir daha üzə çıxır
Tarix: 12.05.2015 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


"Bloomberg": “Rusiya haqlı idi: Avopada şist qaz məsələsi yalan imiş”

"Bloomberg Avopada şist qaz hasil edilməsi və bununla qitənin qaz ehtiyacının ödənilməsinin boşa çıxması barəsində maraqlı faktlara və şərhlərə əsaslanan yazı yazıb. Yazıda qeyd edilir ki, “Cuadrilla Resources Ltd” 2009-cu ildə Polşada ofis açanda, onun optimizm üçün əsası vardı: “Şist qaz bumu Birləşmiş Ştatları dünyada ən böyük qaz tədarükçüsünə çevirib. Bu uğuru Avropada təkrarlamaq istəyən şirkətlər üçün isə Polşa yeni Texasa çevrilmişdi. O vaxtdan 6 il keçib, amma Britaniyanın geoloji kəşfiyyat müəssisələri hələ də Polşada özlərinin ilk buruq quyularını qazmayıblar. Bu ölkə isə Avropada hər ölkədən daha çox hidroparçalayıcı təbəqə texnologiyasını tətbiq etməyə hazırdır. “Exxon Mobil Corp.”, “Chevron Corp.” və “Royal Dutch Shell Plc” kimi böyük neft şirkətləri əşyalarını qablaşdıraraq, başqa yerlərə köçüblər. “Cuadrilla”nın Polşada buruq qazma üzrə direktoru deyib: “Bu sadə iş deyil. Buruqların Avropada qiyməti yüksəkdir, bu, ABŞ-dan daha yüksək sayılır. Hər addımda isə çoxlu norma və qaydalar mövcuddur”.
Avropa özünün Rusiyadan qaz asılılığını azaltmaq istəməsinə baxmayaraq, orada şist “inqilabı” boş çıxıb. Çətin geoloji şərait, ətraf mühiti mühafizə tərəfdarlarının hiddətli müqaviməti, Ukraynada qanlı müharibə və onun əziyyətli tənzimlənməsi investorların entuziazmını söndürərək, onların səbirlərini daşırıblar. Martda neftin qiymətlərinin 50 dollardan aşağı düşməsi, Rusiyadan gələn qaz da daxil olmaqla, Avropa qazının böyük hissəsinin qiymətini neftin qiymətinə bağladı”.
Yazıda qeyd edilir ki, şist qaz məsələsinin boş çıxması, xüsusilə, Ukrayna üçün çox kədərli haldır. Çünki Ukrayna neçə vaxtdır, Rusiyadan qaz asılılığını azaltmağa çalışırdı: “Polşadan başqa, Böyük Britaniyada da bu məsələ boşa çıxıb. Ölkədə sözügedən sahə Kemeron hökuməti tərəfindən dəstəklənməsinə baxmayaraq, ona yerli icmalar, ciddi müqavimət göstərir. Onlar qorxurlar ki, şist qaz texnologiyalarının tətbiqi ətraf mühiti çirkləndirər və zəlzələyə səbəb olar”.
O da qeyd edilir ki, Avropada əhali daha sıx yaşayır, ona görə də insanlar iş gedən yerlərə ABŞ-dakına nisbətən daha yaxın yaşayacaqlar. Bundan başqa, əhalinin bu işə güclü müqaviməti var.

Avropanı neft və qaz asılılığından xilas etmək cəhdləri boşa çıxmaqdadır. O cümlədən, qitənin şist qazla təmin edilməsi ideyası da reallaşmaq gücündə deyil. Qoca qitə üçün belə bir dar məqamda əsas mənbəyi Azərbaycan olan “Cənub” qaz dəhlizinin alternativsiz enerji layihəsi olduğu bir daha üzə çıxır. Bu isə Azərbaycanın Avropa və dünya üçün vacib və güclü mövqedə duran enerji oyunçusu olmasını bir daha sübut etmiş olur

Həmçinin, Fransada, İspaniyada da bu məsələyə qarşı ciddi müqavimət var. “Bloomberg Intelligence”in analitiki Filip Çladekin fikrincə, Rusiyadan və digər ölkələrdən Avropaya idxal edilən adi qaz ən ucuz variantdır: “Şist qaz hasilatı isə Avropa üçün necə reallaşacağı müzakirə edilməyən arzu imiş. Mən deməzdim ki, Avropada şist qaz ideyası ölüb, amma hər şey bizim fikirləşdiyimizdən daha çətin imiş”.
Göründüyü kimi, Avropanı neft və qaz asılılığından xilas etmək cəhdləri boşa çıxmaqdadır. O cümlədən, qitənin şist qazla təmin edilməsi ideyası da reallaşmaq gücündə deyil. Qoca qitə üçün belə bir dar məqamda əsas mənbəyi Azərbaycan olan “Cənub” qaz dəhlizinin alternativsiz enerji layihəsi olduğu bir daha üzə çıxır. Bu isə Azərbaycanın Avropa və dünya üçün vacib və güclü mövqedə duran enerji oyunçusu olmasını bir daha sübut etmiş olur...

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info