“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı başa çatıb
Tarix: 12.05.2015 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı başa çatıb. Festivalın liderlər turniri adlandırılan “A” turnirinin qalibi azərbaycanlı qrossmeyster Eltac Səfərli olub. İkinci yerə azərbaycanlı qrossmeyster Qədir Hüseynov, üçüncü yerə isə gürcüstanlı qrossmeyster Levan Pantsulaya çıxıb. “A” turnirində, ümumilikdə 25 zəka sahibi mükafatlandırılıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qalibləri səhnəyə dəvət edərək, onlara mükafatları təqdim edib. Əvvəlcə “C” turnirində 8 yaşadək olan idmançılar mükafatlandırılıblar. Bu yaşdan olan oğlanlar arasında Şamil Məmmədov (Sumqayıt), Əli Züqanov (Bakı), Zahid Allahverdiyev (Naxçıvan), qızlar arasında isə Nurtac Heydərli (Bakı), Aydan Şükürova (Bakı) və Səmra Qasımova (Füzuli) müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yeri tutublar. “C” turnirinin 10 yaşlı oğlan şahmatçılarının mübarizəsində 1-ci yerə Mətin Salmanov (Cəbrayıl), 2-ci yerə Xəqani Qarayev (Sumqayıt), 3-cü yerə Sadiq Qarayev (Naxçıvan) çıxıblar. Bu yaş qrupunda qızların mübarizəsində isə Zərrin Məmmədli (Naxçıvan), Jalə Kərimli (Ucar) və Nərgiz Abdullayeva (Goranboy) ilk üç pillədə qərarlaşıblar. “C” turnirinin qalibləri adını isə qızlar arasında Ləman Hacıyeva (Bakı), Gülçin Heydərova (Masallı) və Aysel Dünyamalıyeva (Naxçıvan), oğlanlar arasında isə Mətin Mürsəlli (Bakı), Atilla Eynullayev (Bakı) və Qafar Bədəlov (İsmayıllı) qazanıblar. “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “B” turnirinin qalibi Bakı şəhərindən olan şahmatçı Vəli Zeynalzadə olub. 2-ci yerə Elvin Bayramov (Quba), 3-cü yerə isə Naxçıvan şahmatçısı Toğrul Həsənzadə çıxıb. Reytinq əmsalı 0-1749 xal olan şahmatçılardan Kamil Rzayev (Naxçıvan), Həsən Rəhimov (Naxçıvan) və Xəzər Babazədə (Biləsuvar), 1750-1999 reytinq əmsalları olan İlkin Rəhimli (Bakı), Anar Baxışov (Cəlilabad) və Vüqar Əsgərov (Ucar) mükafata layiq görülüblər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info