Taekvondo millimiz Dünya Çempionatında
Tarix: 12.05.2015 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Çelyabinsk şəhərində taekvondo üzrə böyüklər arasında Dünya Çempionatı keçiriləcək. Beş gün davam edəcək çempionata kişi və qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası da qatılacaq.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) bildiriblər ki, çempionatda ölkəmizi 15 idmançı təmsil edəcək. Kişilərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust Dünya Çempionatında Mikayıl Əliyevə (54 kq), Məhəmməd Məmmədova (58 kq), Sina Bahramiyə (63 kq), Ayxan Tağızadəyə (68 kq), İlkin Şahbazova (74 kq), Milad Beigi Harçeqaniyə (80 kq), Radik İsayevə (87 kq) və Əhməd Mohammadiyə (87 kq-dan yuxarı) şans verəcək. Qadınlar isə 7 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Sun Mi Park bu mötəbər yarışda Çeren Özbəki (46 kq), Patimat Abakarovanı (49 kq), Lazara Caridad Poveanı (53 kq), Günay Ağakişiyevanı (57 kq), Daria Skorkonu (62 kq), Fəridə Əzizovanı (67 kq) və Marina Tedeevanı (73 kq) sınaqdan keçirəcək. Komandamız yarışa ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə qatılacaq. Millimiz çempionatdan mayın 18-də Vətənə qayıdacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info