“Petkim” “PTA” fabrikini 50 milyon dollarlıq investisiya ilə yenidən işə salıb
Tarix: 13.05.2015 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə ən böyük aktivi və qardaş ölkənin yeganə xammal istehsalçısı olan “Petkim” 50-ci yaşında tekstil və PET qablaşdırma istehsalını xammalla təmin “PTA” fabrikini 50 milyon dollarlıq investisiya ilə yenidən işə salıb. Fabrikin tutumu illik 70 min tondan 105 min tona çatıb.
Bu münasibətlə “Petkim”in İzmirin Əliağa bölgəsindəki müəssisələrində keçirilən mərasimdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi iştirak edib. “Petkim” üçün qürur gününü yaşandığını deyən N.Zeybekçi Türkiyənin tam müstəqil iqtisadiyyata sahib olası üçün sənayedə bu cür investisiyaların davam etdirilməli olduğunu vurğulayıb. “Türkiyə xammalda, enerjidə gələcəyini sığortalamalıdır və “Petkim” gördüyü işlər buna ən gözəl nümunədir. Türkiyə kimi gələcəyin parlayan ulduzu olacaq bir ölkəyə SOCAR tərəfindən 20 milyard dollarlıq investisiyanın yatırılması çox əhəmiyyətlidir” - deyə nazir qeyd edib. “Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud fabrikdə PET şüşə başda olmaqla polyester lif, elektrik izolyasiya materialları və kimyəvi yapışqanlar kimi bir çox məhsul qrupu üçün xammal istehsal olunacağını deyib. Bildirilib ki, fabrikdə reallaşdırılan 50 faizlik böyümə illik istehsalın 70 min tondan 105 min tona çatmasına səbəb olub. 2008-ci ildə özəlləşən “Petkim”ə bu vaxtadək 600 milyon dollardan çox investisiya yatırıldığını deyən S.Qorqud 2015-ci ildə daha 125 milyon dollar həcmində investisiya qoyuluşunun nəzərdə tutulduğunu bildirib. Mərasimdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçiyə və “SOCAR Türkiyə”nin prezidenti Kənan Yavuza “Xəzərdən Çanaqqalaya” kitabı təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info