“Rusiya-Çin hərbi təlimləri yeni hərbi ittifaqın yaranmasına işarədir”
Tarix: 13.05.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Dünyanın aparıcı nəşrləri Rusiya ilə Çinin Aralıq dənizində keçirdikləri hərbi-dəniz təlimlərini ABŞ və onun müttəfiqlərinə qarşı yönəlmiş "yeni güclü bir ittifaq"ın çağırışı kimi xarakterizə edirlər. Xarici KİV-lərin məlumatına görə, Moskva və Pekinin bu addımı onu göstəriri ki, onlar Aralıq dənizində Vaşinqtonla açıq rəqabətə başlayırlar.
Amerikanın “National Review” nəşrinin yazdığına görə, Çinin bu hərbi-dəniz təlimlərində iki hərbi gəmisinin iştirak etməsinə baxmayaraq, bu, onu deməyə əsas verir ki, Pekin Amerikanın bu regiondakı gücünə qarşı Rusiyaya yardımçı olacağını nümayış etdirir. Nəşr xüsusi olaraq qeyd edir ki, “soyuq müharibə” dövründə Rusiya-Çin münasibətlərində nəzərə çapan düşmənçilik artıq aradan qalxıb. İndi bu iki ölkə arasında təhlükəsizlik məsələsi ilə bağlı ciddi ittifaq formalaşıb. “Los Angeles Times” nəşri isə xüsusi olaraq qeyd edir ki, "Şərq nəhənglərinin formalaşdırdığı yeni güclü ittifaq Qərbə qlobal iştiraklarının açıq nümayişidir”. İsveçrənin “Tages-Anzeiger” nəşri isə yazı ki, Moskva ilə Çin arasındakı dostluq artıq siyasət və iqtisadiyyat çərçivələrindən kənara çıxmaq üzrədir: “Bu iki dövlət ABŞ-ın Avropa və Asiyadakı müttəfiqləri ilə tarazlıq yaratmaq üçün hərbi sahədə də ittifaq formalaşdırır”. İngiltərənin “The Telegraph” nəşrinə görə, Aralıq dənizində keçirilən birgə hərbi-dəniz təlimləri Çinin bu regionda təsirini genişləndirməyə hesablanıb. Bu, eyni zamanda, Pekinin Moskva ilə birgə Qərbə qarşı yönəlmiş tərəfdaşlığıdır. BBC yazır ki, hərbi təlimlərin əhatə dairəsinin kiçik olmasına baxmayaraq, bu, Pekinlə Moskva arasında hərbi sahədə əlaqələrin güclənməsinə bir siqnaldır. Almaniyanın “Der Spiegel” nəşri isə yazır ki, Aralıq dənizində baş verənlər iki ölkənin hərbi gücünün Vaşinqtona ünvanlanmış nümayişi kimi qəbul edilə bilər. Alman nəşrinin fikrincə, Rusiya ilə Çinin bu addımı onları “ümumi düşmənə” qarşı birləşdirir. Nəşrin ehtimalına görə, iki ölkənin tezliklə Sakit Okeanda da birgə hərbi təlimlər keçirəcəyi gözlənilir. Qeyd edək ki, Rusiya və Çin hərbi dəniz donanmalarının “Dəniz əməkdaşlığı-2015” adlı təlimləri mayın 21-dək davam edəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
18.03.2019
Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info