“Dağlıq Qarabağ azad olunanacan Azərbaycanı dəstəkləyəcəyik”
Tarix: 13.05.2015 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının sədri Mian Rza Rabbani ilə görüşüb. Səfirlikdən verilən məlumata görə, D. Şikarov M. R. Rabbanini Pakistan Senatının sədri seçilməsi münasibətilə təbrik edərək ona vəzifəsində uğurlar arzulayıb.
Səfir Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun adından M. R. Rabbanini Azərbaycana səfərə dəvət edib. Senatın sədr müavini böyük məmnuniyyətlə təklifi qəbul edərək öz tərəfindən həmkarını Pakistana səfərə dəvət edib.
Görüş zamanı Azərbaycan-Pakistan münasibətləri haqqında danışılıb. D. Şikarov Pakistanın Dağlı Qarabağ məsələsində verdiyi dəstəyə və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Ermənistanı dövlət kimi tanımadığına görə qarşı tərəfə minnətdarlığını bildirib. O, eyni zamanda, Senat tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 01.02.2012 və 03.10.2013-cü il tarixli qətnamələrin qəbul olunması, həmçinin cari ilin 3 may tarixində keçirilmiş qondarma “parlament seçkilərini” tanımayan bəyanat verdiyinə görə də həmsöhbətinə təşəkkür edib.
Pakistan Senatının sədri xalqlar arasındakı münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etməsindən məmnunluğunu bildirərək, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info