Leyla Əliyeva Zirədə milyonuncu ağacı əkib
Tarix: 13.05.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


“Yaşıl Marafon” layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu ağac əkilib.
Heydər Əliyev Fondunun mətbuat xidmətindən verilən xəbərə görə, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
Əvvəlcə Leyla Əliyeva IDEA İctimai Birliyinin dəstəyi ilə Zirədə tikilmiş müasir istixana kompleksi ilə tanış olub.
Kompleksdə Azərbaycanda nadir rast gəlinən və idxal olunan ağac və bitki növləri yetişdirilir. Sahəsi 20 hektar olan kompleksdə 100 nəfərdən artıq işçi çalışır. Hər il burada 2-3 milyon bitki və gül kolu yetişdirilir.
500 gül növünün yetişdirildiyi istixana 6 bölmədən ibarətdir. Bu bölmələrdə toxumlar və şitillər becərilir, o cümlədən xəstə bitkilər müalicə olunur.
Sonra Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib. O, “Yaşıl Marafon” layihəsi çərçivəsində bir milyonuncu ağacı əkib.
Ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ümumilikdə bu ərazidə IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü tərəfindən 5 min ağac əkilib.
Leyla Əliyeva yaradılmaqda olan IDEA ekoparkı ilə də tanış olub, burada Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar üçün yaradılmış şəraitlə maraqlanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info