“Dağlıq Qarabağ heç bir zaman Ermənistanın tərkib hissəsi olmayacaq“
Tarix: 13.05.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


"Azərbaycanla Ermənistan arasında münaqişənin 20 ildən çox davam etməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin olmadığını göstərir. Atəşkəsin elan olunmasından 21 il vaxt keçib. Bu müddət ərzində atəşkəs hallarının pozulması saysız hesabsızdır. Nəticədə tərəflərdən çoxlu sayda hərbçi və mülki insan itkiləri olub. Dağlıq Qarabağ heç bir zaman Ermənistanın tərkib hissəsi olmayacaq". Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın tanınmış politoloqu, Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko bildirib.
Rusiyalı siyasi ekspertin fikrincə, bütün dünya Azərbaycanın güclü orduya sahib olduğunun bilir: “Amma müharibə meydanında qələbə çalmağa heç kimə icazə verməyəcəklər. Çünki bu, heç kimə lazım deyil. Nəzərə alsaq ki, bu gün dünyada ərazi bütövlüyü və suverenitet kimi problemlər mövcuddur. Bu, Ukraynada, Cənubi Qafqazda və Yaxın Şərqdə böyük problem olaraq qalır. Hamısında ərazi bütövlüyü və suverenitet problemi əsasdır".
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini şərh edən Aleksey Malaşenko bildirib ki, onların prinsipi Dağlıq Qarabağda yeni müharibənin baş verməməsi üçün danışıqların davam etdirilməsinə səy göstərməkdi: “Nə qədər çox danışıqlar, bir o qədər az müharibə təhlükəsi..." Bu, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əsas "devizi"dir".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info