Ceyms Uorlik: “Biz istəyirik ki, bunun sonu gəlsin“
Tarix: 13.05.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


“ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər etməyi planlaşdırırlar”. "News.am"ınistinadən məlumata görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib.
Vasitəçi ötən həftə Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə münaqişənin həlli yollarını müzakirə etdiklərini deyib.
"Biz hər zaman Prezident İlham Əliyev və prezident Sarkisyanla danışıqlar imkanından istifadə edirik" deyən diplomat Ermənistan və Azərbaycan liderlərinin danışıqları intensivləşdirmək istədiklərini vurğulayıb.
"Prezidentlərin görüşünün vaxtı hələlik müəyyənləşməyib, ancaq hər iki prezident danışıqların intensivləşməsini istədiyini ifadə edib. Vasitəçilərin rolu normal danışıqlar prosesini təşkil etməkdir, biz prezidentlərin görüşünü təşkil etmək üçün yaxın vaxtlarda regiona səfər edəcəyik", - deyə Uorlik bildirib.
O, münaqişə tərəflərinin problemin dinc yolla nizamlanmasını arzu etdiklərini deyib.
"Hesab edirəm ki, həm Prezident İlham Əliyev, həm prezident Sarkisyan münaqişənin həlli yollarını tapmaq istəyirlər. Bu münaqişə artıq uzun illərdir, davam edir və kifayət qədər insan həyatının yarımçıq qalmasına səbəb olub. Biz istəyirik ki, bunun sonu gəlsin", - deyə həmsədr vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info