Çin universitetində prezidentlə bağlı kitabın təqdimatı olub
Tarix: 13.05.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Çinin Şandun Universitetinin Beynəlxalq İnstitutunda Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə bu ali təhsil ocağının Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin 2003-2013-cü illərdə iki ölkənin siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev – iki qədim xalqların dostluğunun müasir davamçısı” kitabının təqdimatı keçirilib.
ADU-dan bildirilib ki, Beynəlxalq İnstitutun direktoru Nin Szi Minlə görüşdə Şandun Universitetinin magistrantı Aliyə Həşimova ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin Çin dili tədrisi metodikasının təkmilləşdirilməsi üzrə fəaliyyət göstərdiyini söyləyib, mərkəzdə keçirilən Çin ənənəvi bayramları, bu ölkənin tarixi və mədəniyyətinə həsr olunmuş çoxsaylı tədbirlər, sərgi və müsabiqələr barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Çinin ən qədim, nüfuzlu və tanınmış universitetlərindən biri olan Şandun Universiteti 1901-ci ildə yaradılıb. Tərkibində 31 kollec və institut var. Universitetdə peşəkar müəllimlər tərəfindən fəlsəfə, iqtisadiyyat, hüquq, ədəbiyyat, tarix, elm, idarəetmə, tibb və pedaqoji kimi fənlər tədris olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info