“Berlin səddinin uçurulmasına baxmayaraq, şüurlarda “sədd” hələ də qalmaqdadır”
Tarix: 13.05.2015 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Nə Rusiya, nə də ki Avropa İttifaqı Ukraynanı Rusiya və Aİ arasında seçim etməyə məcbur etməməlidir.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
Qeyd edək ki, 13-14 may tarixlərində Antalyada NATO-ya üzv ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək. "Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya barəsində siyasət" mövzusu müzakirəyə çıxarılacaq əsas məsələlərdən biri olacaq.
“Berlin səddinin uçurulmasına baxmayaraq, şüurlarda “sədd” hələ də qalmaqdadır. Nə Rusiya, nə də ki Avropa İttifaqı Ukraynanı aralarında seçim etməyə məcbur etməməlidir”, deyə Çavuşoğlu qeyd edərək, Rusiyanın Ukrayna, Krım və Gürcüstanla bağlı atdığı addımlarını qanunsuz adlandırıb.
Çavuşoğlu qeyd edib ki, Türkiyə Rusiya, Ukrayna və Qərb ölkələri ilə qurduğu yaxşı münasibətlərini müşahidə edilən siyasi böhranın həllində müsbət amil kimi istifadə etməyə çalışır. Nazir Rusiya və Ukrayna arasındakı münaqişənin yalnız siyasi yolu ilə həll edilməsinin vacibliyini qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info